Suraxanı rayonunda "Bir-birimizi qoruyaq!" kampaniyası davam edir.
Koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan genişmiqyaslı mübarizə tədbirlərinə dəstək verilməsi və sosial həmrəylik nümayiş etdirilməsi məqsədilə "Bir-birimizi qoruyaq!" kampaniyası çərçivəsində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin könüllülərinin iştirakı ilə vətəndaşların sağlamlıqlarının qorunması üçün sosial məsafə saxlamalı olduqlarını onlara bir daha xatırlatmaq, eləcə də ticarət, iaşə obyektlərində xidmət göstərən şəxslərin tibbi qoruyucu ləvazimatlardan istifadəsi məqsədilə mayın 27-də Suraxanı rayonunda müvafiq yerlərə “Məsafə saxla”, “Aralı əyləşin, sağlam olun”, “Nümunəvi obyekt”, “Bir-birimizi qoruyaq” və s. mətnli stikerlər yapışdırılmış, həmçinin sakinlərə pulsuz tibbi qoruyucu maskalar paylanmışdır.