"Bir-birimizi qoruyaq!" kampaniyası çərçivəsində Suraxanı rayonunda sakinlərə növbəti dəfə tibbi qoruyucu maskalar paylandı.
26 may 2020 | 16:00
Koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan genişmiqyaslı mübarizə tədbirlərinə dəstək verilməsi və sosial həmrəylik nümayiş etdirilməsi məqsədilə "Bir-birimizi qoruyaq!" kampaniyası çərçivəsində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin könüllülərinin iştirakı ilə növbəti dəfə mayın 26-da Suraxanı rayonu, Əmircan qəsəbəsi Heydər Əliyev parkında vətəndaşlara pulsuz tibbi qoruyucu maskalar paylanmış və pandemiya dövründəki davranış qaydaları barədə ictimai maarifləndirmə işləri aparılmışdır.