Şriftin ölçüsü :

Saytın rəngi :

21-ci əsrin qloballaşan dünyasında Azərbaycan iqdisadi inkişaf tempinə görə dünyanın bir sıra inkişaf etmiş dövlətləri ilə müqayisə olunacaq səviyyəyə çatmışdır ki, bunu qonşu dövlətlərlə müqayisə etmək belə mümkün deyil

24 may 2020 | 16:00

Möhtərəm prezidentimiz İlham Əliyevin apardığı uğurlu, məqsədyönlü siyasət, əvvəllər olduğu kimi, yenə Azərbaycanın sürətli inkişafına yönəldilib. Bunun nəticəsidir ki,ölkə əhalisinin rifahı getdikcə daha da yaxşılaşır. Artıq hər bir sahədə bu inkişafın əlamətləri özünü qabarıq göstərir. Bütün iqtisadi sahələrdə infrastruktur yenilənir, yeni texnoloji üsullar tətbiq olunur. Bütün bunlar ölkəmizin beynəlxalq arenaya sərbəst çıxmasına stimul verir. Ən əsası odur ki, ölkəmizdə bürokratik əngəllər aradan qaldırılır. Bu işə, ölkə rəhbərliyinin korrupsiya və digər neqativ hallara qarşı amansız mübarizədə qətiyyətli olduğunu bir daha təsdiqləyir. Paytaxt Bakı başda olmaqla, bölgələrdə aparılan abadlıq – quruculuq işləri də Azərbaycanın böyük inkişaf göstəricisi sayılmaqla, həm də ölkə rəhbərinin xalqa verdiyi çox böyük və əvəzolunmaz töhfə kimi başa düşülür.
Möhtərəm prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın apardığı uğurlu siyasət nəticəsində Azərbaycan güclü dövlətə çevrilir. Xaricdə ölkəmizi sürətlə inkişaf edən firavan bir ölkə kimi tanıyırlar. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün onun layiqli varisi İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin real nəticəsidir. 21-ci əsrin qloballaşan dünyasında Azərbaycan iqdisadi inkişaf tempinə görə dünyanın bir sıra inkişaf etmiş dövlətləri ilə müqayisə olunacaq səviyyəyə çatmışdır ki, bunu qonşu dövlətlərlə müqayisə etmək belə mümkün deyil.
Bütün dünya ölkələri Korona virusa qarşı mübarizə apardığı bir vaxtda Azərbaycan prezidentinin vaxtında, düzgün atdığı qabaqlayıcı addımlar xalqımızı bu bəladan qorumağa müvəffəq oldu. Korona virusla mübarizədə 20-dən çox dövlət xəstəxanasının ayrılması, 10 ədəd hər biri 200 çarpayılıq modul tipli xəstəxananın tikilməyə başlanması, 23 ədəd labaratoriyanın alınması, milyonlarla dəyəri olan tibbi avadanlıqların və tibbi ləvazimatların alınıb ölkəmizə gətirilməsi görülən işlərin bir hissəsidir.
Karantin dövründə 600 mindən artıq şəxsə birdəfəlik 190 manat yardım ayrılmış və onlara çatdırılmışdır. Pandemiya ilə əlaqədar sosial sahədə dövlət tərəfindən yalnız Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xətti ilə təqdim olunan dəstək tədbirləri 4,8 milyondan çox vətəndaşı və ya ölkə əhalisinin 48%-dən çoxunu əhatə etmişdir.
Həssas əhali qruplarının qayğı ilə əhatə olunmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanizm, mərhəmət və xeyirxahlıq prinsipinə əsaslanan çox şaxəli tədbirləri, sosial layihələri pandemiya dövründə də geniş vüsət alıb. Fondun “Regional inkişaf” ictimai birliyi respublikanın bütün rayon və şəhərlərində tənha yaşayan vətəndaşlara, həssas əhali qruplarına ərzaq yardımları edir.
Tibb işçilərinə əlavə əmək haqlarınin verilməsi, sahibkarların pandemiya dövründə ziyana düşməməsi üçün yardımların edilməsi də cənab Prezidentimiz İlham Əliyevin mərhəmətinin və humanizminin nəticəsidir.
Cənab Prezidentin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında məşğulluq və sosial rifaha dəstəyin təmin olunması üçün də çox istiqamətli proqramlar müəyyən edilib.
Tədbirlər planı üzrə ayrılan vəsait ilk vaxtlar 2,5 milyard manat nəzərdə tutulsa da, dövlət başçısının tapşırığı ilə dəstək tədbirlərinin genişləndirilməsi nəticəsində bu vəsaitin məbləği 3.5 milyard manatı üstələmişdir.
Bunları gördükcə gələcəyə inamımız artır. Buna görə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına can sağlığı və gördüyü işlərində yeni-yeni nəaliyyətlər arzulayıram.
Biz də bir fəxri neftçi kimi Prezidentin siyasətini dəstəkləyir və ona layiqincə kömək etməyi özümüzə borc bilirik.


“Abşeron Operating Kompani” Əməliyyat Şirkətinin
Neft Qaz Çıxarma İdarəsinin rəisi Rafiq Hüseynov

Keçidlər