Suraxanı rayonunda minlərlə sakinə tibbi qoruyucu maskalar paylandı
Suraxanı rayonunda minlərlə sakinə tibbi qoruyucu maskalar paylandı
Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Aparılan genişmiqyaslı mübarizə tədbirlərinə dəstək verilməsi və sosial həmrəylik nümayiş etdirilməsi məqsədilə "Bir-birimizi qoruyaq!" kampaniyası çərçivəsində könüllülər Suraxanı rayonu ərazisindəki parklarda, vətəndaşların kütləvi toplaşdığı yerlərdə koronavirus (COVID-19) pandemiyası dövründəki davranış qaydaları barədə ictimai maarifləndirmə işləri apararaq sakinlərə tibbi qoruyucu maskalar paylamışdır.
Həmçinin, vətəndaşlara tibbi maskadan istifadə etmək, sosial izolyasiya qaydalarına riayət etmək, insanlarla təmas zamanı iki metrlik ara məsafəsini saxlamaq tövsiyə olunmuşdur.
Suraxanı rayonunda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində mütəmadi dezinfeksiya işləri də davam etdirilir. Xüsusi kimyəvi maddələrdən istifadə olunaraq çoxmənzilli yaşayış binalarının girişlərində, pilləkən qəfəslərində, lift kabinələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, məhəllələrdə, küçə və səkilərdə, avtobus dayanacaqlarında gücləndirilmiş dezinfeksiya işləri aparılır.