Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət başçımız İlham Əliyev yalnız milli sərvətlər hesabına deyil, bacarıqlı və ağıllı dövlət siyasəti, sistemli və ardıcıl yanaşma, uzaqgörənlik və prinsipiallıq, xarici əlaqələr, yüksək idarəçilik və humanistlik, sayəsində Azərbaycanı yaşadır!

23 may 2020 | 16:00

Yer kürəsini iki yüzdən çox dövlət bölüşdürür. Kiçik ərazisi, 10 milyonluq əhalisi olan yeni modernləşmiş Azərbaycanı bu dövlətlər sırasında dünyaya tanıdan, onu qoruyan, yaşadan, iqtisadi-sosial və siyasi, idarəçilik sisteminin təkmilləşdirilməsində iri və əmin addımlarla irəliləyərək islahatlar aparan dövlət başçısı, hər zaman xalqın rifahını düşünərək, dövlət tərəfindən təkmil nəzarət və təşviqyönümlü mexanizmlərin geniş tətbiqi nəticəsində iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə artırılmasına nail olmuşdur.
Dünya üçün ağır günlərdə- pandemiya dövründə də qayğı və nəzarətdən heç kim kənar qalmır. Dövlətimiz qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və “kölgə”də qalan vətəndaşlarına belə ən çətin dövrlərdə sosial dövlət mövqeyindən çıxış edərək öz dəstəyini göstərir, insanlara maddi, mənəvi və hətta psixoloji yardımlar edlir. Vətəndaşların maddi rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli layihələr həyata keçirilir. 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsini tapşıran dövlət başçımız İlham Əliyev yalnız milli sərvətlər hesabına deyil, bacarıqlı və ağıllı dövlət siyasəti, sistemli və ardıcıl yanaşma, uzaqgörənlik və prinsipiallıq, xarici əlaqələr, yüksək idarəçilik və humanistlik, komanda ilə işləmə bacarığı sayəsində Azərbaycanı yaşadır!
Cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planı hazırlandı. Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının Pandemiya dövründə dövlət və özəl sektorda işçilərin əsassız ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması istiqamətində məqsədyönlü tapşırıqlar idi. Pandemiya dövründə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi.
Nazirlər Kabinetinin Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin əhatə dairəsinin və əlavənin ödənilmə barədə Qərarı - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmət sektorunda çalışan işçilərə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan psixonevroloji, sağlamlıq imkanları məhdud uşaqlar üçün, pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisələrinin, habelə həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzində çalışan işçilərə müddətli əlavə ödənilməsi insanların dövlətə inamını daha da artırır, dövlət-vətəndaş həmrəyliyi vüsətalır.
Nazirlər Kabinetinin Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə, Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı barədə, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklər və daha neçə neçə Qərarları dövlət qayğısının təzahürüdür.
Azad Azərbaycan xalqı bu gün firavan yaşayır. Vaxtılə yalnız MDB ölkələrinə çıxış edə bilən azərbaycanlılar bu gün dünyanı gəzir, övladlarımız dövlət hesabına layihələr və proyektlər əsasında xaricdə təhsil alır, iş birlikləri qurulur. Müxtəlif xarici dil bilənlərimizin sayı artlr, televiziyalarımız azad fəaliyyət göstərir, jurnalistlərimiz söz azadlığında sərbəst çıxışlar edir, sosial şəbəkələrdə aktivlik artır. Hətta pandemiya dövründə də, onlayn fəaliyyət göstərən dövlət qurumları dövlət- vətəndaş həmrəyliyini nümaiş etdirir.
Dünyanın bütün brendlərini özündə cəmləyən ticarət obyektləri, asudə vaxtın səmərəli təşkili üçün ayrılan mədəni məkanlar, teatrlar, kinoteatrlar (3D, 7D), idman kompleksləri, yaradıcılıq mərkəzləri gənclərimizin daha xoşbəxt olması üçün vasitədir. Artıq Avropa Azərbaycandadır!
Bu gün minlərlə tələbə dövlət hesabına xaricdə təhsil alır, yüzlərlə yeni dizaynlı binalar bütün Azərbaycan boyunca inşa edilir, insanlar şəraitli mənzillərdə, komfortlu otaqlarda, dizaynlı, mebelli, zövqlü evlərdə yaşayır, xarici avtomobillər sürür, övladlarını xaricə dünyanın ən gözəl -Heydər Əliyev adına hava limanından yola salır və qarşılayır. İdman meydançaları, geniş və təchizatlı idman zalları, konsert salonları, yeni körpülər, milliliyini qoruyub saxlayan tarixi abidələr, beynəlxalq yarışlarda iştirak dövlət diqqəti və qayğısı sayəsində təmin edilir.
Bütün bunları görməmək, onlara dəyər verməmək, laqeyd qalmaq mümkün deyil. Bütün bunların öhdəsindən gəlmək, bir ölkəni qısa müddət ərzində bu qədər çiçəkləndirmək, xalqının kiçiyindən tutmuş böyüyüynə qədər qayğısını çəkmək nə qədər çətindir. Lakin Dövlət başçımız İlham Əliyev bütün bu çətinliklərin öhdəsindən gəlməyə, hər kəsi razı salmağa, hər kəsə diqqət ayırmağa çalışır. Bunun üçün səlis düşüncəyə, gözəl nitqə, mahir komandaya malik olmaq azdır. Bunun üçün böyük ürəyə sahib olmaq gərəkdir.
Onun böyük ürəyi var! Azərbaycan üçün döyünən ürək! Bizim Prezident! İlham Əliyev!

Rəhimova Səfurə, 285 nömrəli tam orta məktəbin direktoru.

Keçidlər