Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda əhalinin tibbi müayinəsi böyük ruh yüksəkliyi ilə davam edir

12 aprel 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Suraxanı rayonunda böyük ruh yüksəkliyi ilə icra olunur. Dövlət başçısının vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı xəstəliklərin profilaktikası istiqamətində atılan uğurlu addımlardandır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığının icrası məqsədi ilə  Rayon İcra Hakimiyyəti başçısının 10 fevral 2014-cü il tarixli sərəncamı ilə tibbi müayinənin yüksək səviyyədə, operativ təşkil edilməsi üçün Rayon İcra Hakimiyyətində komissiya yaradılmışdır. Eyni zamanda rayon ərazisində yerləşən müəssisə və idarələrin tibbi müayınədən keçmə qrafiki tərtib olunmuşdur. Aparılan araşdırmalar deməyə əsas verir ki, tibbi müayinədən rayon əhalisi çox razıdır. Bu tədbirin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan vətəndaşına göstərdiyi diqqət və qayğının nəticəsidir.
Bu günlərdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın iclasında rayon əhalisinin tibbi müayinəsi (dispanserizasiyası) məsələsi müzakirə olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, aparılan kütləvi tibbi müayinələrin insanların sağlamlığı üçün olduqca böyük əhəmiyyəti var. Belə müayinələr insanlar arasında bir sıra xəstəlikləri erkən aşkar etməyə, vaxtında və dəqiq müalicə aparmağa imkan yaradır. Əhalinin tibbi müayinəyə cəlb edilməsi respublikamızın hər yerində olduğu kimi  Suraxanı rayonunda da uğurla davam etdirilir. Suraxanı rayon İcra Hakimiyyəti başçısı İlqar Abbasov xüsusi vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü ilin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı xəstəliklərin profilaktikası istiqamətində atılan uğurlu addımlardandır.
Şura iclasında məruzə ilə çıxış edən Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova bildirdi ki, rayon əhalisinin tibbi müayinəsi (dispanserizasiyası)  5 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada aparılır. Tibbi müayinədən Suraxanı rayon  əhalisinin (209312 nəfər) və  eyni zamanda rayonda məskunlaşmış məcburi köçkünlərin (20125 nəfər) keçirilməsi nəzərdə tutulmuşdur. Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri əhali arasında planlı formada maarifləndirici tədbirlər aparırlar. Görülən işlərin nəticəsidir ki, rayon əhalisinin tibbi müayinəsi (dispanserizasiyası) uğurla davam edir,  hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində tibbi müayinədən keçirilir. 02 aprel  2014-cü il tarixədək Suraxanı rayonunda  90 minə yaxın vətəndaş və 93-dən çox kollektiv tibbi müayinədən keçib. 2335 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 182 nəfər stasionar müalicəyə qəbul olunub. Bir sözlə xəstəlik aşkar olunmuş vətəndaşlar stasionar və ambulator müayinələrə cəlb edilmişdir. Eyni zamanda rayonda fəaliyyət göstərən 9 nömrəli stomotoloji poliklinikanın kollektivi tibbi müayinə (dispanzerizasiya) dövründə həftənin şənbə və bazar günləri əhaliyə pulsuz stomotoloji  xidmət göstərmək haqqında qərar qəbul etmişdir. Bu günə qədər 9 nömrəli stomotoloji poliklinikada 300-dən yuxarı sakinə stomotoloji xidmət göstərilmişdir. Rayon əhalisinin tibbi müayinəsinin (dispanserizasiyası) gedişi televiziya kanallarında və mətbuatda işıqlandırılır.

Şurada çıxış edən səhiyyə müəssisələrinin rəhbərləri,  Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri görülən işlər barədə məlumat verdilər. Bildilər ki, tibb müəssisələrində işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Şura iclasından sonrakı günlərdə də uğurla davam etdirilən tibbi müayinə nəticəsində 10 aprel tarixinə olan məlumata görə Suraxanı rayonunda  113 minə yaxın vətəndaş və 103-dən çox kollektiv tibbi müayinədən keçib. 2850 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 267 nəfər stasionar müalicəyə qəbul olunub. Rayon əhalisinin tibbi müayinəsi (dispanserizasiyası) davam edir.

Keçidlər