Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllülük – Əməksevərliyin, insansevərliyin dəyəridir

19 may 2020 | 16:00

Könüllülük mərhəmət, əliaçıqlıq, ədalət hissi deməkdir. Könüllü olmaq ümid yeri olmaq, savab qazanmaq, xalqına, vətəninə xidmət etmək deməkdir. Biz dünən də belə idik, bu gün də beləyik, heç şübhəsiz ki, sabah da bu keyfiyyətimizə sadiq qalacağıq. Könüllülük həm də əmək deməkdir, bərabər işləmək istedadıdır.Könüllü öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti, şəxsən həyata keçirən şəxsdir.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması dövlətimizin başçısının əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti ilə son illərdə ölkəmizdə təşkil olunan onlarla mötəbər tədbirdə təşkilatçılığın dayağı olan, könüllü ruhu ilə yaşayan insanların əməyinə verilən daha bir yüksək qiymətdir”.
Azərbaycan Respublikasının Gənclər Fondu mərkəz özündə (“ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Turizm Könüllüləri” İctimai Birliyi, habelə “Gənc Könüllülər” Hərəkatı təşkilatları və s.kimi) böyük könüllü qruplarını birləşdirə bilib.
Könüllülərinin Əlaqələndirmə Mərkəzində təmsil olunan gənclər ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılması ilə mübarizə sahəsində dövlətimiz tərəfindən atılmış qabaqlayıcı və preventiv xarakterli təcrid addımları yüksək qiymətləndirərək, bütün dünyanı bürümüş bu bəla ilə mübarizə istiqamətində öz güclərini əsirgəmirlər. Ölkə başçısının qeyd etdiyi kimi, xalq-iqtidar birliyinin, milli həmrəyliyin zəruri olduğu, bunu əməli müstəvidə nümayiş etdirmək məqsədilə könüllü təşkilatlarının da bu prosesdə aktiv iştirak etmələrinin vacibliyini göstərə bilmişdir.
Könüllü qrupları bir çox nəcib təşəbbüslə keçirilmiş aksiyalarda da öz birlik və bərabərliklərini əsirgəməmişdirlər. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə aztəminatlı ailələr üçün nəzərdə tutulmuş ərzaq bağlamalarının ölkənin bütün rayonlarında qüsursuz paylanılmasında, gündəlik qana ehtiyacları olan talassemiya xəstələri, xüsusən də uşaqlar üçün qan ehtiyyatının yığılmasında, eləcə də, tənha, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin, Böyük Vətən müharibəsi iştirakçılarının ehtiyyaclarının qarşılanması prosesində də elə məhz gənc qəhrəmanlar ən böyük paya sahib olmuşdurlar.
Könüllülük işinə ölkə başçısı tərəfindən verilmiş qiymət, son çıxışlarında könüllük barədə səsləndirdiyi yüksək fikirlər hərəkatın çətiri altında birləşən və yorulmadan pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılmasında, ehtiyyacı olan şəxslərin,65 yaşdan yuxarı şəxslərin, veteranlarının gündəlik ərzaq tədarükü ilə təmin olunmasına köməklik göstərilməsində, insanların sağlamlığı üçün lazımi tibbi avadanlıqların və dezinfeksiya məsullarının çatdırılmasında yaxından iştirak edən gənclərin işinə verilmiş ən böyük dəyərdir.

Arzu Məmmədli, Könüllülük hərəkatının fəalı

Keçidlər