Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı RİH-in icra başçısı sakinklərlə fərdi izahetmə işləri aparmış və sakinlərə tibbi maskalar paylanılmışdır.

15 may 2020 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması istiqamətində Suraxanı rayonu ərazisində genişmiqyaslı qabaqlayıcı tədbirlər davam etdirilir. Sanitar-gigiyenik vəziyyət ciddi nəzarətdə saxlanılaraq təxirəsalınmaz işlər görülür.
Xüsusi kimyəvi maddələrdən istifadə olunaraq çoxmənzilli yaşayış binalarının girişləri, pilləkən qəfəsləri, lift kabinələri, məişət tullantılarının atıldığı konteyner meydançaları, məhəllələr, küçə və səkilər, avtobus dayanacaqları müntəzəm olaraq dezinfeksiya edilir. Həmçinin Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrə ərzaq yardımları paylanır, yaşı 65-dən yuxarı olan şəxslərin elan olunmuş karantin rejimi ilə əlaqədar evdən çıxmaması ilə bağlı maarifləndirmə işləri aparılır.
Mayın 15-də Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun Hövsan qəsəbəsində sakinlərlə fərdi izahetmə-xəbərdarlıq işləri apararaq, onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, digər şəxslərlə minimum kontaktda olmağı, qoruyucu tibbi maskadan mütləq qaydada istifadə edərək insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamağı tövsiyə edib. Həmçinin vətəndaşlara tibbi maskalar paylanıb.

 

Keçidlər