Suraxanı rayonu, Hövsan qəsəbəsində Donuzkökəltmə sovxozu yaşayış massivində yeni avtomobil yolu inşa edilir.
Suraxanı rayonu, Hövsan qəsəbəsində Donuzkökəltmə sovxozu yaşayış massivində yeni avtomobil yolu inşa edilir.
Suraxanı rayonunda həyata keçirilən sosial–iqtisadi siyasətin əsas istiqamətlərindən biri də qəsəbədaxili yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulmasıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və sərəncamları ilə Bakı şəhəri və onun qəsəbələrində vətəndaşların rahat gediş-gəlişində çətinlik yaranan ərazilərdə yol infrastrukturunun yaradılması istiqamətində icra olunan layihələr çərçivəsində hazırda Suraxanı rayonu, Hövsan qəsəbəsi, Donuzkökəltmə sovxozunun ərazisində salınan yaşayış massivində 3 km (18 000 kv.metr) uzunluğunda yeni avtomobil yolu inşa edilərək, asfaltlanma işlərinə başlanılmışdır. Salınan yeni yolda rayon əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaqdır.
Müasir yol infrastrukturunun yaradıldığı həmin ərazidə, mövcud yüksək gərginlikli elektrik xətləri dəyişdirilir, həmçinin qaz xətləri səhmana salınır.
Rayon sakinləri aparılan abadlıq işlərinə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildirirlər.