Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu ərazisində dezinfeksiya işləri mütəmadi həyata keçirilir

11 may 2020 | 16:00

Suraxanı rayonu ərazisində koronavirus (COVİD-19) əleyhinə genişmiqyaslı qabaqlayıcı tədbirlər həyata keçirilir. Sanitar-gigiyenik vəziyyət ciddi nəzarətdə saxlanılaraq mütəmadi dezinfeksiya işləri aparılır. Xüsusi kimyəvi maddələrdən istifadə olunaraq çoxmənzilli yaşayış binalarının girişlərində, pilləkən qəfəslərində, lift kabinələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, məhəllələrdə, küçə və səkilərdə, avtobus dayanacaqlarında tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər davam etdirilir.

 

Keçidlər