Əmircan qəsəbəsindəki 87 nömrəli orta məktəb üçün yeni korpuslar tikiləcək
11 may 2020 | 16:00
Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 87 nömrəli orta məktəbin köhnə korpusu söküləcək və 1752 şagird yerlik yeni korpuslar tikiləcək.Bu,"Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında öz əksini tapıb.Sərəncama əsasən, Bakıda və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə əlaqədar 20 milyon manat ayrılıb. Bu vəsaitin 2 milyon 500 min manatı Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 87 nömrəli orta məktəbdə tikinti işlərinin aparılması üçün nəzərdə tutulur.