Şriftin ölçüsü :

Saytın rəngi :

Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları və dövlətləri Koronovirusla mübarizənin Azərbaycan modeli ilə maraqlanır

12 may 2020 | 16:00

“Artıq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları və dövlətləri Koronovirusla mübarizənin Azərbaycan modeli ilə maraqlanır və öz dövlətlərində ondan istifadə etmək istəyirlər.”
   Son iki aydır, belə demək mümkündürsə dünya öz immunitetini itirmiş, dünyanın nəhəng dövlətləri açıqca bu virusa təslim olmuşdur. Dünyanın ən güclü dövlətləri biranda gözə görünməz bir virusun təsirində qalmış və sözün bütün mənalarında çarəsizdirlər.
Dünyanın bütün dövlətləri “Koronovirus-Covid 19” adlı bu bəladan həm maddi həm də, mənəvi böyük xəsarətlər almaqdadır. Demək olar ki,  bütün ölkələri bu virusdan xilas olmaq üçün ciddi tədbirlər görməkdədirlər. Lakin deməliyəm ki, heç də, dünyanın iqtisadi, siyasi və hərbi gücünə görə seçilən dövlətlərinin hamsı bu virusun qarşısında tam mənasında duruşu gətirə bilməmişdir.. Baş verən son hadisələr bir daha göstərdi ki, dünyanı  təhdid edən təhlükələr əslində ortaqdır və biz onlarla birgə mübarizə aparmalıyıq.
Bütün dünya əhalisi milli mənsubiyyətindən, maddi durumundan, inkişaf səviyyəsindən asılı olmayaraq bir məsələni özü üçün qətiləşidirməkdədir ki, dünya bizim evimizdir və biz eyni evin sakinləriyik. Son dövrlər bütün dünyada artan eqoizm, şovinizm hisslərinin fövqündə insanlar mərhəmət hissindən uzaqlaşmışdılar. Bir çox hallarda beynəlxalq hüquq normaları tapdanır, dünyanın  müxtəlif yerlərində yaşayan adamların yaşayış səviyyələri bir-birindən kəskin fərqlənir. Bu virus bir daha beynəlxalq əməkdaşlığın, qarşıya çıxan problemlərin həllində ortaq qərarın və mübarizliyin əhəmiyyətini bir daha təsdiq etmiş oldu.
Postpandemiya dövründə mütəxəssislər düşünürlər ki, dünyada mövcud olan bütün münasibətlər sistemində köklü dəyişikliklər baş verəcəkdir.  Bundan sonra beynəlxalq və regional əməkdaşlıqlar daha da, sıx xarakter alacaqdır, almalıdır!
Əlbəttə çox üzücü haldır ki, bu günə olan məlumata 2700-ə yaxın vətəndaşımız virusa yoxulmuş, 1735 sağalaraq evə göndərilmiş, 33 vətəndaşımız isə təssüflər olsun ki,həyat mübarizəsini uduzmuşdur.  Dünya dövlətləri ilə müqayisədə bizim nəticələr çox qənaətbəxşdir. Deməliyəm ki, Azərbaycanda xalqla dövlətin qarşılıqlı əməkdaşlığı son nəticədə Azərbaycan vətəndaşının sağlamlığına yönəlmiş təhlükələri aradan qaldırmaq istiqamətində böyük uğurlar qazanmağa səbəb olur. Düzdür, hələ təhlükə tam mənasında sovuşmamışdır lakin biz mərhələli şəkildə karantin rejimindən çıxırıq.
Dünyada baş verən hadisələr göstərdi ki, heç də bütün dünya əhalisi və dövlətləri böhranı düzgün idarə edə bilməmişdir. Ölkəmizin böhranla mübarizədə nəticələri isə deməyə əsas verir ki, Azərbaycan xalqı, dövləti, və Dövlət Başçı əl-ələ verərək böyük fədakarlıqlarla, anlayış, hörmət, güvən, sevgi çərçivəsində çox mükəmməl və peşakarlıqla vəziyyəti idarə edə bilmişdirlər.

Azərbaycan Respublikası cəmi 29 illik müstəqillik tarixi ilə bir çox sahədə olduğu kimi sosial-müdafiə, əhalinin rifah halı, səhiyyə ocaqlarının inkişafı, əhalinin sosial-iqtisadi inkişaf istiqamətlərində böyük tərəqqi əldə etmişdir. Azərbaycan Respublikası hüquqi, sosial dövlət olduğunu bir daha sübut etdi.  Son on altı il ərzində Azərbaycanın səhiyyə sistemində köklü işlər görülmüşdür, həkimlərin peşəkarlıq səviyyəsi yüksəlmişdir, 750-dən çox səhiyyə ocağı tikilmiş və ya tam təmir olunmuşdur. Hər il Azərbaycanda 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir. Əldə olunmuş mövcud uğurlar virusla mübarizənin ilk mərhələsində və sonrakı dövrlərdə əhali arasında çaşqınlıq yaranmamasına səbəb oldu.
   Xəstəxanaların, xüsusi ilə də, təcili yardım bölmələrinin dünyanın ABŞ, İspaniya, İtaliya, Fransa kimi ən inkişaf etmiş səhiyyəyə malik dövlətlərində sözün bütün mənalarında sınaqdan keçə bilməməsi, kolaps vəziyyətinə düşməsi və ölüm hallarının kəskin artması dünya əhalisi arasında ciddi təşvişə səbəb olduğu bir halda, Azərbaycanda vəziyyət çox yaxşıdır və fədakar həkimlərimiz onlara yaradılmış yüksək şərait və imkanlarla xalqımızın sağlamlığının keşiyində dururlar.
  Bu gün Azərbaycanda Koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Bu günlərdə 575 çarpayıdan ibarət olan, ölkəmizin ən müasir və “Yeni klinika” adlanan xəstəxanası onların ixtiyarına verilmişdir. Bu ilin mart ayında ölkəmizin 3 şəhərində üç yeni xəstəxana istifadəyə verilmişdir. Onların ümumi çarpayı sayı 500-dən çoxdur. Bu xəstəxanalar da koronavirus xəstələrinin ixtiyarına verilmişdir. Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur. Bu yaxınlarda onlardan birinin açılış mərasimində Dövlət Başçısı cənab İlham Əliyev və Birinci Vitse-Prezident xanım Mehriban Əliyeva iştirak etmişdir.
  Eyni zamanda 23-dən artıq laboratoriya Koronovirusla mübarizə aparan həkimlərin ixtiyarındadır. Azərbaycanda 197550-dən artıq Koronovirusla bağlı test edilmişdir. Bu göstəriciyə görə Azərbaycan dünya ölkələri sıralamasında 30-cu yerdədir. Ölkəmizin əhalisinin sayını və ərasini nəzərə aldıqda bu rəqəm kifayət qədər böyük rəqəmdir. Koronavirus dövründə, virusa yoluxmuş xəstələrlə işləyən, onlara xidmət göstərən həkimlərin maaşı 3, 4 və 5 misli məbləğində dövlət başçısı tərəfindən artırılmışdır. Bu, həm tibb işçilərinə həm də, vətəndaşlara Prezidnetin qayğısının təzahürü kimi qiymətləndirilməlidir.
  Dəfələrlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında, xalqla bir başa görüşlərində Azərbaycanda aparılan sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının dayandığını ifadə etmişdir. Virusla bağlı böhran ortaya çıxanda biz bunun canlı şahidləri olduq. Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq  sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur. Bu da öz növbəsində Azərbaycanla müqayisə oluna biləcək dövlətlərin ayırdığı vəsaitlərdən dəfələrlə böyük bir rəqəmdir.
   20 minə yaxın Azərbaycan vətəndaşı müxtəlif ölkələrdən, dövlət hesabına çarter reysləri vasitəsilə təxliyə edilmişdir. Ölkəyə qaytarılmış bütün vətəndaşlarımız ölkənin müxatəlif regionlarında 4 və 5 ulduzlu mehmanxanalarda, o cümlədən Atletlər kəndində yaradılmış  xüsusi karantin zonalarında yerləşdirilmiş, onlara hər cür xidmət göstərilmişdir. Bütün dünya azərbaycanlıları bir daha əmin oldular ki, onların bir vətənləri var Azərbaycan Respublikası və onların bir qoruyucusu, bir  hamisi,  var - İlham Heydər oğlu Əliyev!
  Koronovirusla mübarizənin Azərbaycan modeli göstrərdi ki, böhrandan çıxmağın yeganə yolu vahidləşmək, bütövləşməkdir. Azərbaycan xalqı hər zaman olduğu kimi bu dəfə də, Azərbaycan Respublikasıının Prezidenti, Azərbaycan xalqının böyük oğlu İlham Heydər oğlu Əliyevin ətrafında monolit şəkildə birləşə bilmişdir. Dövlət başçısının sərəncamı ilə yaradılmış və ilk ianəni Özünün bir illik maaşı vasitəsi ilə həyata keçirtmiş ” Koronovirusla Mübarizə Fondu”na demək olar ki, Azərbaycan cəmiyyətinin bir cox insanlari ianələr etmiş, dövlətinin, xalqının və Dövlət Başçısının yanında olduğunu bütün dünyaya nümayiş etdirmişlər.
  Azərbaycan Respublikası və onun qətiyyətli Dövlət Başçısı öz qərarları ilə, dəmir iradəsi və xalq sevgisi ilə yüz  illərlə dövlətçilik ənənələri olan ölkələrə nümunə ola biləcək addımlar atdı. Bu gün  bir çox dünya dövlətləri Koronovirusla mübarizənin Azərbaycan modelini öyrənir və öz dövlətlərində tədbiq edir. 
  Koronovirusla mübarizə dövründə dövlət aparatında işlər davam etdirildi. Vətəndaşların evdə qaldıqları dövrlərdə yüksək səviyyəli xidmətlə təmin olunması üçün hər cür lazımi addımlar atıldı. Bu dövr ərzində yerində və lazımi tapşırıqlar və Dövlət Başçısının siyasi iradəsi nəticəsində korrupsiyayla ciddi mübarizə tədbirləri görüldü. Bu çətin günlərdə öz vəzifə səlahiyyətlərindən süi-istifadə edənlər, dövlətin onlara olan etimadından öz şəxsi maraqları üçün istifadə edən yerli və mərkəzi icra hakimiyyəti orqanlarında yüksək vəzifəli məmurlar barəsində qanunun tələb etdiyi ən yüksək cəza tədbirləri seçildi.
  Rayon İcra Hakimiyyətləri başçıları, onların ərazi nümayəndələri, Nazir müavini və nazirliyin xidmət rəisi kimi qanun pozan, cənab Prezidentin onların qarşısında qoyduqları tapşırıqları lazımca yerinə yetirməyən, xalqın çətin anında, vəziyyətdən süi istifadə edən yüksək çinli məmurlar öz layqli cəzalarını almış oldular. Bununla da, Azərbaycan Respublikasının Prezidenti bir daha aparılan siyasətin mərkəzində siravi Azərbaycan vətəndaşlarının dayandığını sübut etdi. Cənab Prezidentə Azərbaycan vətəndaşlarından daha yaxın heç kimin olmadığı bir daha məlum oldu.
  Azərbaycan Respublikası, Xalqı və Dövlət Başçısı qlobal dünya dəyərlərinə, hümanizm hisslərinə və qardaşlıq duyğularına sahib bir siyasət həyata keçirdir. Belə ki, öz vətəndaşlarımızla yanaşı dünyanın müxtəlif xalqlarının hər zaman köməyinə yetən Azərbaycan Respublikasının Prezidenti və “Heydər Əliyev” Fondu və onun Prezidenti Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva öz hümanist yanaşmaları ilə dünya dövlətlərinə və dövlət, hökümət başçılarına nümunə olublar.
  Bildiyiniz kimi Koronovirusla mübarizə dövründə həm Azərbaycan Respublikasının Prezidentin təşəbbüsü ilə həm də tərəf müqabillərinin xahişi ilə mövcud vəziyyətlə əlaqədar bir çox ikitərəfli və çoxtərəfli videokonfrans vasitəsi ilə beynəlxalq görüşlər keçirilmişdir. Əlbəttə ki, hər bir görüş xüsusi diplomatik çəkiyə malikdir. Dövlətimizin və Dövlət Başçımızın beynəlxalq aləmdə nüfuzundan xəbər verən bu videokonfranslar Azərbaycanın yalnız öz regionunda deyil, bütün dünyada siyasi, iqtisadi və diplomatik gücə malik olduğunu bir daha sübut etmiş oldu.
Keçirilmiş görüşlərdən ikisini mən xüsusi qeyd etmək istərdim. Türk Şurasının videokonfrans formatında fövqəladə Zirvə görüşü və Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə Zirvə görüşü həm zirvə görüşündə iştirak edən dövlət və hökümət başçılarının sayı və siyasi çəkisi baxımından xüsusi əhəmiyyət malikdir. Hər iki Zirvə görüşü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təklif olunmuş və təklif yüksək qiymətləndirilərək qəbul edilmişdir.
 
Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub. Qeyd edim ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirtmişdir.  Bu, da nümunəvi səviyyədə olan əməkdaşlığın bariz nümunəsidir. Əlbəttə ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər faydalı əməkdaşlığa səbəb olan amillərdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət və hökümət başçıları ilə yanaşı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreisus videokonfransda iştirak etmişdir.
  Növbəti yüksək səviyyəli beynəlxalq görüş Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans olmuşdur. Koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən Zirvə görüşü beynəxalq aləmdə çox böyük əks sədaya səbəb olmuşdur. Artıq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları və dövlətləri Koronovirusla mübarizənin Azərbaycan modeli ilə maraqlanır, öz dövlətlərində ondan istifadə etmək istəyirlər
  Bildiyiniz kimi 2019-cu il oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda XVIII Zirvə Görüşü keçirilmiş, Bakı Bəyannaməsi və Bakı Yekun sənədi qəbul olunmuşdu. Eyni zamanda 120 üzv dövlətin yekdil dəstəyi ilə Azərbaycanın üç il ərzində Qoşulmama Hərəkatına sədrliyi öz təsdiqini tapmışdır. Bu ölkəmizə və dövlət başçımıza böyük etimaddır.Bir məqamı qeyd edim ki, 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Belə bir təşkilata Azərbaycanın yekdilliklə seçilməsi və dövlət başçımızın təklifi ilə 120 dövlət və hökümət başçısının iştirakı, onlardan 40 dövlət başçısının və BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciətindən sonra Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus və Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat çıxışlarında Azərbaycanın Dövlət Başçısına minnətdarlığını bildirməsi,  Azərbaycanın və onun dövlət başçısının istər ölkə daxilində istərsə də, beynəlxalq aləmdə böyük nüfuzundan xəbər verir. 
  Artıq dövlətimiz, xalqımız və dövlət başçımızın dəmir iradəsi nəticəsində Azərbaycan xalqı bu gözə görünməz düşmənlə mübarizədən qalib çıxmaqdadır. Aydın sabahlar, mavi səmalar elə də uzaq da, deyildir.
Allah Dövlətimizi və Xalqımızı və Dövlət Başçımızı qorusun!”

 

Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının fəal gənci Ənvər Haqverdiyev

http://xeberim.az/post/nvr-haqverdiyev-artiq-dunyanin-n-nufuzlu-beynlxalq-tskilatlari-v-dovltlri-koronovirusla-mubariznin-azrbaycan-modeli-il-maraqlanir-v-oz-dovltlrind-ondan-istifad-etmk-istyirlr

Keçidlər