Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda növbəti dəfə 100 aztəminatlı ailəyə ərzaq yardımları paylanmışdır

09 may 2020 | 16:00

Xüsusi karantin rejimi günlərində ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlərə dəstək olaraq Suraxanı rayonunda xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrə ərzaq yardımlarının paylanması ilə bağlı tədbirlər davam etdirilir.
Mayın 8-də Suraxanı Rayon İcra Hakimiyyətinin və ATEF Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə növbəti dəfə xüsusi qayğıya ehtiyacı olan 100 aztəminatlı ailəyə, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar döyüşlərin iştirakçılarına və əlil olmuş şəxslərə, Şəhid ailələrinə və Çernobıl əlillərinə ərzaq yardımları paylanmışdır.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına, həmçinin aksiya təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər