Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı RİH-də RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri ilə videokonfrans keçirilmişdir

02 may 2020 | 16:00

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının 01 May 2020-ci il tarixli qərarı ilə xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılmışdır.
Eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilmişdir.
Məsələ ilə əlaqədar 02.05.2020-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri ilə videokonfrans keçirərək qərar ilə bağlı əhali arasında sosial izolyasiya və şəxsi gigiyena tədbirlərinə riayət olunması barədə maarifləndirici işlərin,  eləcə də rayon ərazisində çoxmənzilli yaşayış binalarında və onların həyətlərində, küçə və yollarda, qeyri-yaşayış obyektlərində, yerüstü və yeraltı piyada keçidlərində, avtomobil dayanacaqlarında, ödəniş terminalları və bankomatlarda dezinfeksiya işlərinin davam etdirilməsinə dair müvafiq tapşırıqlarını vermişdir.

 

Keçidlər