Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci ildönümü münasibəti ilə, Suraxanı rayon məktəbliləri arasında rəsm müsabiqəsi keçirilmişdir.

27 aprel 2020 | 16:00

Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, ictimai xadim, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci ildönümü münasibəti ilə, eyni zamanda bütün dünyada olduğu kimi ölkəmizdə koronavirus pandemiyasının yayılması və həkimlərin bu sahədə əməklərinin əvəzsiz qiymətləndirilməsi məqsədi ilə, Suraxanı rayon məktəbliləri arasında “Hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır” mövzusunda online rəsm müsabiqəsi keçirilmişdir.

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan sərgi məktəblilərin Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətlərinin gənclər arasında geniş təbliğ edilməsi, eyni zamanda, ölkəmizdə koronavirus pandemiyasının yayılmasında tibb işçilərinin əvəzsiz rolu, dövlətimizin pandemiyanın yayılmasının qarşısını almaq üçün çox zəruri, təxirəsalınmaz və qabaqlayıcı tədbirlərin həyata keçirməsi kimi mühüm addımların gənc rəssamların düşüncələrində rənglərlə anlatma bacarıqlarını təkmilləşdirmək məqsədini özündə təcəssüm etdirib.

Online qaydada aparılan rəsm müsabiqəsinə 35-dən çox məktəbli qoşulmuşdur. Öz rəsmlərini videoçarxlar vasitəsilə təqdim edən şagirdlərdən 15 nəfəri ilkin mərhələyə daxil olmuş, yekun nəticəni elan etmək üçün Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundovanın iştirakı ilə online konfrans keçirilmişdir. Online görüş zamanı qaliblər elan olunmuş və mövzu ətrafında maraqlı söhbətlər aparılmışdır. Sosial izolyasiya rejimi bitdikdən sonra qaliblərin mükafatlandırılması nəzərdə tutulmuşdur.

 

Keçidlər