Suraxanı rayonu könüllü qanvermə aksiyasına qoşuldu
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə qanvermə aksiyası keçirilir.
Keçirilən könüllü qanvermə aksiyasına 24 aprel 2020-ci il tarixində Suraxanı rayonu da qoşulmuşdur. Qan xəstəliyindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədi ilə B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim briqadası bu kampaniyaya qoşulan Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının və struktur sahələrinin kollektivlərini lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilmişdir.