Suraxanı rayonunda növbəti dəfə aztəminatlı şəhid ailələri, müharibə və Çernobıl əlilləri ziyarət olunmuş və onlara ərzaq yardımları paylanmışdır
23 aprel 2020 | 16:00
Aprelin 22-də Suraxanı rayonunda yaşayan aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan şəhid ailələri, müharibə və Çernobıl əlilləri ziyarət olunaraq onlara ərzaq yardımlarının paylanması istiqamətində işlər davam etdirilmişdir. Vətəndaşlara sağlamlıqlarının etibarlı qorunması və təhlükəsizliklərinin təmin edilməsi məqsədilə karantin rejiminin tələblərinə ciddi riayət etməklə özünütəcrid tədbirlərinə uyğun davranmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilmişdir.