Suraxanı rayonunda aztəminatlı ailələrə yardım kompaniyası davam edir
21 aprel 2020 | 16:00
Ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən bütün zəruri addımlar atılır.
Xüsusi karantin rejimi ilə əlaqədar Suraxanı rayonunda növbəti dəfə ahıl, qayğıya ehtiyacı olan, aztəminatlı 100 ailəyə ərzaq məhsullarından ibarət yardımlar paylanmış və onlarla profilaktik söhbətlər aparılaraq özlərinin, yaxınlarının sağlamlığını qorumaq naminə evdə qalmaları tövsiyə edilmişdir.