Suraxanı rayonunda qayğıya ehtiyacı olan aztəminatlı ailələrə növbəti dəfə köməklik göstərildi
15 aprel 2020 | 16:00
Xüsusi karantin rejimi müddətində Suraxanı rayonunda xüsusi diqqət və qayğıya ehtiyacı olan ahıl, tənha şəxslərə, aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilməsi istiqamətində işlər davam etdirilir. 15 aprel 2020-ci il tarixində növbəti 100 ailə ziyarət edilərək onlara ərzaq məhsullarından ibarət yardımlar paylanmış, maarifləndirici söhbətlər aparılmışdır.