Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda qayğıya ehitiyacı olan aztəminatlı ailələrə yardım edilir

14 aprel 2020 | 16:00

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi müddətində Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə köməklik göstərilməsi davam etdirilir. Rayonda yaşayan ahıl, tənha şəxslərə və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət yardımlar paylanaraq, onlarla maarifləndirici söhəbətlər aparılır, xüsusi karantin rejimində müəyyən edilmiş qayda və tövsiyələrə riayət olunmasının vacibliyi barədə ətraflı məlumat verilir.
Eyni zamanda rayon ərazisində genişmiqyaslı dezinfeksiya işləri davam edir. Xüsusi texnikalardan istifadə olunaraq su şırnaqları ilə küçə və məhəllədaxili yollar yuyulur və dezinfeksiya edilir. Çoxmənzilli yaşayış binalarının ətrafında, girişlərində, liftlərdə, pilləkan qəfəslərində, həyətlərdə, qeyri-yaşayış obyektlərində və parklarda dezinfeksiya işləri mütəmadi həyata keçirilir.

Keçidlər