Hövsan qəsəbəsində Dönuzkökəltmə sovxozu adlandırılan yaşayış sahəsində uzunluğu 2,48 kilometr olan yolun tikintisinə başlanıldı
12 aprel 2020 | 16:00
Ölkəmizdə dünyanı öz amansız cəngınə alan koronavirus pandemıyasına qarşı ciddi tədbirlər görülməklə yanaşı abadlıq-quruculuq işləri öz axarı ilə davam edir. Suraxanı rayonunda da yollar abadlaşdırılır, küçələrə asfalt vurulur.
Bu gün Hövsan qəsəbəsində Dönuzkökəltmə sovxozu adlandırılan yaşayış sahəsində uzunluğu 2,48 kilometr olan (ümumi sahəsi 14880 kvadrat metr) yolun tikintisinə başlanıldı. Yolun yaxın günlərdə asfaltlanaraq sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur.
Bütün bu işlər sakinlərin rahatlığına xidmət edir.