Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı, kimsəsiz yaşlılara yardım edilib

01 aprel 2020 | 16:00

Suraxanı  Rayon İcra Hakimiyyəti rayonda yaşayan aztəminatlı, yaşlı, kimsəsiz insanlara xüsusi diqqət və qayğı göstərir. Rayonun bütün qəsəbələrində bu qəbildən olan insanlar müəyyənləşdirilib və ilkin olaraq 20 nəfər ahıl vətəndaşa baş çəkilib, onlara ərzaq yardımı göstərilib. Bu işin davamlı xarakter daşıması nəzərdə tutulub.
Azərbaycan Respublikası Nazirlər kabineti yanında Operativ Qərargahın qəbul etdiyi xüsusi karantin rejiminin müddəalarına rayonda ciddi əməl olunur. Operativ Qərargahın qərarına uyğun olaraq Suraxanı rayonunda bütün park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədi ilə giriş məhdudlaşdırılıb.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəlikərinin, bələdiyyələrin, habelə digər qurumların nümayəndələrindən ibarət 2-3 nəfərlik mobil qruplar yaradılıb.
Rayonda, eyni zamanda genişmiqyaslı dezinfeksiya işləri davam edir. Xüsusi texnikalardan istifadə olunaraq su şırnaqları ilə küçə və məhəllədaxili yollar yuyularaq dezinfeksiya edilir. Çoxmənzilli yaşayış binalarının ətrafında, girişlərində, liftlərdə, pilləkan qəfəslərində, həyətlərdə, qeyri-yaşayış obyektlərində, parklarda və istirahət məkanlarında dezinfeksiya işləri mütəmadi həyata keçirilir.

 

Keçidlər