Şriftin ölçüsü :

Saytın rəngi :

87 nömrəli tam orta məktəbdə Əmircan qəsəbə sakinləri ilə səyyar görüş keçirilib

13 iyul 2023 | 15:00
Suraxanıda Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam etdirilir.
Növbəti dəfə 87 nömrəli tam orta məktəbdə Əmircan qəsəbə sakinləri ilə səyyar görüş keçirilib.
Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla təşkil olunmuş görüşündə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
İlk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra RİH başçısı Əziz Əzizov çıxış edərək son illər ölkədə həyata keçirilən genişmiqyaslı islahatlardan danışıb. O, ötən gün ölkə başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyvanın paytaxtın Mərkəzi Nəbatat Bağının ərazisində aparılan abadlıq, yenidənqurma və tikinti işlərinin gedişi ilə tanış olduqlarını diqqətə çatdırıb. Ə.Əzizov ölkənin hər bir yerində olduğu kimi Suraxanı rayonunda da, eləcə də Əmircan qəsəbəsində abadlıq işlərinin davam etdiyini bildirib.
Səyyar qəbulda sakinlərin söylədikləri istək və təkliflər dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.
Keçidlər