Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “8 Mart - Beynəlxalq Qadınlar Günü” qeyd edildi

06 mart 2020 | 16:00

Suraxanıda “8 Mart - Beynəlxalq Qadınlar Günü” qeyd edilib. Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbir iştirakçılarını və onların simasında rayonun bütün qadınlarını təbrik edərək xoş arzularını çatdırıb.

Əziz Əzizov xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadını tam azad, ictimai-siyasi fəaliyyətdə aktiv rol oynadığını bütün dünyaya aydın şəkildə nümayiş etdirir.
Azərbaycan qadınlarının tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi olduğunu, cəmiyyət həyatına mütəmadi nüfuz etdiyini, öz milli xüsusiyyətlərini, ülvi, ali hisslərini qoruyub saxladığını vurğulayan rayon rəhbəri əlavə edib ki, Ulu Öndər xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında daha fəal iştirakına geniş yer verilib. Ümummilli Liderin bu siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Əziz Əzizov qeyd edib ki, ölkəmizin hər yerində olduğu kimi, Suraxanı rayonunda da qadınlar rayonun ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək rayonda həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərinə öz töhfələrini verirlər.
Tədbirdə çıxış edən 6-cı çağırış Milli Məclisə Suraxanı rayonu 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputat seçilmiş  Afət Həsənova və digər çıxışçılar qadınları bayram münasibəti ilə təbrik ediblər.
Sonda tədbirə dəvət edilmiş bütün qadınlara gül dəstəsi və qiymətli hədiyyə təqdim edilib.

Keçidlər