Şriftin ölçüsü :

Saytın rəngi :

316 nömrəli məktəbin qarşısındakı yol asfaltlandı

28 fevral 2020 | 16:00

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramlarına uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Suraxanı rayonunda da genişmiqyaslı abadlıq işləri aparılır, rayonun yolları yüksək sürətlə abadlaşır.
Rayonun Yeni Suraxanı qəsəbəsində bütün küçələrin asfaltlanması nəzərdə tutulub. Qasəbədə artıq 300 min kvadrat metr asfalt işi görülüb. 14 iyul küçəsi döngə 6, 7, 8, Yuxarı Mədən küçəsi döngə 1, 2, 3, Aşağı qəsəbə küçəsi döngə 1, 2, 1-ci, 2-ci Köndələn küçələri, çoxasaylı keçidlər, dalanlar asfaltlanıb.
Yeni Suraxanı qəsəbəsində 316 nömrəli tam orta məktəbin qarşısındakı yol da asfaltlanıb.
Əmircan qəsəbəsində təxminən 3 kilometr uzunluğunda olan Balandin, Park, Elxan Həsənov, Malik Mustafayev, Atamoğlan Rzayev küçələri yenidən qurulur və asfaltlanır. Qəsəbənin Qulu Quliyev, Tahir Bağırov küçələri asfalt vurulmasına hazırlanır.
Qaraçuxur qəsəbəsində Şərq yaşayış sahəsində 12-ci döngə asfaltlanıb,Yeni Günəşli massivində məhəllədaxili yollar asfaltlanır, Hövsan qəsəbəsində Oqtay Şabanov, Elman Qasımov, Zeytun sovxozunda İbiş Məmmədov küçəsi asfaltlanıb,  Südçülük sovxozunda 3 kilometr uzunluğunda mərkəzi yola da bu günlərdə asfalt vurulacaq.
Rayon sakinləri aparılan abadlıq işlərinə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildirirlər.

 

Keçidlər