Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz Əzizov Yeni Suraxanı qəsəbə sakinləri ilə görüşdü

20 fevral 2020 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə növbəti görüşünü Yeni Suraxanı qəsəbəsində keçirib. 89 nömrəli tam orta məktəbin akt zalında keçirilən səyyar görüş-qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, 200 nəfərdən çox sakin və ictimaiyyət nümayəndəsi iştirak edib.
Əziz Əzizov səyyar görüş-qəbulda sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verərək dövlət başçısının bu istiqamətdə həyata keçirtdiyi tədbirlərin davam etdirildiyini bildirib.
Rayon rəhbəri sakinlərin diqqətinə çatdırib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramlarına uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Suraxanı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri gedir. Yeni Suraxanı qəsəbəsində bütün küçələr asfaltlanır, ehtiyac olan yerlərdə yeni kanalizasiya və su şəbəkələri qurulur. Rayonun digər qəsəbələrində də yollar asfaltlanır, çoxmərtəbəli yaşayış binalarının fasadları rənglənir, dam örtükləri dəyişdirilir, yeni abad həyətlər salınır. Bütün bu işlər sakinlərin rahatlığının təmin edilməsinə xidmət edir.
Sakinlər rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinə görə cənab İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək onları maraqlandıran suallarla Əziz Əzizova müraciət etdilər.
Rayon rəhbəri sakinlərin yeni kanalizasiya şəbəkələrinin qurulması, yolların asfaltlanması, marşrut avtobuslarının xətlərinin uzadılması ilə bağlı qaldırdıqları məsələlərə aydınlıq qətirdi.

Keçidlər