Suraxanıda əhalinin tibbi müayinəsi yüksək səviyyədə təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən fevralın 17-dən başlayaraq ölkə vətəndaşlarının pulsuz tibbi müayinəsi heç şübhəsiz ki, insanlara yüksək qayğının daha bir bariz nümunəsidir. Aydındır ki, aparılan kütləvi tibbi müayinələrin insanların sağlamlığı üçün olduqca böyük əhəmiyyəti var. Belə müayinələr insanlar arasında bir sıra xəstəlikləri erkən aşkar etməyə, vaxtında və dəqiq müalicə aparmağa imkan yaradır. Hazırda ölkənin hər yerində qeyd olunan istiqamətdə zərutri işlər görülür. Əhalinin tibbi müayinəyə cəlb edilməsi respublikamızın hər yerində olduğu kimi, Suraxanı rayonunda da uğurla davam etdirilir. Bunu rayonda gördüklərimiz də əyani surətdə təsdiq edir.
Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova görülən işlərlə əlaqədar bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü ilin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı xəstəliklərin profilaktikası istiqamətində atılan uğurlu addımlardandır: "Dövlət başçısının tapşırığına uyğun olaraq Suraxanı rayonunda sakinlərin tibbi müayinəsi uğurla keçirilir. Belə ki, rayon İcra Hakimiyyəti başçısının 10 fevral 2014-cü il tarixli 17 saylı sərəncamı ilə tibbi müayinənin yüksək səviyyədə, operativ təşkil edilməsi üçün rayon İcra Hakimiyyətində komissiya yaradılib. Eyni zamanda rayon ərazisində yerləşən müəssisə və idarələrin tibbi müayınədən keçmə qrafiki tərtib olunub. Qrafik əsasinda rayon ərazisində fəliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi keçirilir. Bu müayinədən rayon əhalisi çox razıdır. Yoxlamalar zamanı müəyyən xəstəliklərin aşkar olduğu tədqirdə proflaktik tədbirlərin həyata keçirilməsi insanların sağlamlığı üçün faydalıdır və əhəmiyyətlidir. Bu tədbirin həyata keçirilməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan vətəndaşına göstərdiyi diqqət və qayğının nəticəsidir”.
Suraxanı rayonun 209312 əhalisi və rayonda məskunlaşmış 20125 nəfər məcburi köçkün tibbi müayinədən keçəcəklər. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçirilir. Bu aksiya çox uğurla davam etdirilir.
25 fevral 2014-cu il tarixədək Suraxanı rayonunda 20 mindən yuxarı vətəndaş tibbi müayinədən keçib. 878 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. Xəstəlik aşkar olunmuş şəxslər stasionar və ambulator müayinələrə cəlb edilib.
12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov edir ki, xəstəxana "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində əsaslı təmir olunub və müasir avadanlıqlarla təchiz olunub: "12 nömrəli BŞX-ı 2 şöbədən ibarətdir: stasionar və poliklinika. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əhalinin tibbi müayinəsini təşkil etmək üçün poliklinika şöbəsi tam hazır vəziyyətə gətirilmişdir. Müəssisəmiz 17373 nəfər əhaliyə ( 13523 nəfər 18 yaşdan yuxarı, 3850 uşaq) xidmət edir. Xəstəxanaya gələn vətəndaşlar ümumi və biokimyəvi, rentgen,ulturasəs və digər müayinələrdən keçirlər. Xəstəlik aşkar edilən şəxslərin müalicəsi istiqamətində də işlər görülür. Eyni zamanda müəssisəmizdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə,uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Eyni zamanda qrafik əsasında idarə və təşkilatların əməkdaşları da müayinə olunurlar. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir”.
Yeni Suraxanı qəsəbəsinin sakini Rəna Hüseynağa qızı Məmmədova 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim heyyətindən, burada yaradılan şəraitdən razılığını bildirdi və vətədaşların qayğısına diqqətlə yanaşdığına görə dövlət başçısına minnətdarlığını ifadə edərək xüsusi vurğuladı ki, dövlət başçısının bu təşəbbüsü tədqirəlayuqdir. 17 fevraldan başlayan bu aksiya bir daha sübut etdi ki, cənab İlham Əliyev hər bir azərbaycan vətəndaşının Prezidentidir.
Qəsəbə sakini Əmirov Vüqar Eldar oğlu isə qeyd etdi ki, bütün müayinələrdən keçib: "əkimlər və tibb bacıları məni mehribanlıqla qarşıladılar. Doğrusu bizim imkanımız yoxdur gedib tibbi müayinədən keçək. Belə şəraiti biziə yaratdığına görə Prezidentimizə minnətdarlığımızı bildiririk”.
“Mövqe” qəzeti
Mübariz BAYRAMOV
26 fevral 2014-cü il