Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz Əzizov Hövsan Südçülük sovxozunun sakinləri ilə görüşdü

14 fevral 2020 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə növbəti görüşünü Hövsan qəsəbəsində Südçülük sovzozu adlandırılan ərazidə keçirib. 150 nəfərdən çox sakin və ictimaiyyət nümayəndəsinin iştirakı ilə təşkil olunan səyyar görüş-qəbulda rayon rəhbəri sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə xidmət edən qərarlar barədə ətraflı məlumat verərək bildirib ki, həyata keçirilən sosial siyasətin əsas məqsədi ehtiyacı olan hər bir Azərbaycan vətəndaşına qayğı göstərməkdir.
Rayon rəhbəri sakinlərin diqqətinə çatdırıb ki, ölkəmizin hər yerində olduğu kimi Suraxanı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri gedir. Rayonun bütün qəsəbələrində asfaltlanmağa ehtiyacı olan küçələr və məhələdaxili yollar mərhələli şəkildə asfaltlanır. Ehtiyac olan yerlərdə kanalizasiya və su şəbəkələri yenidən qurulur. Hövsan və Qaraçuxur qəsəbələrində çoxmərtəbəli yaşayış binalarının fasadları rənglənir, dam örtükləri dəyişdirilir, yeni abad həyətlər salınır.
Sakinlər rayonda aparılan abadlıq işlərinə görə Prezident İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək onları maraqlandıran suallarla Əziz Əzizova müraciətlər ediblər. Rayon rəhbəri sakinləri narahat edən məhəllədaxili yolların asfaltlanması, təbii qazın təziqinin aşağı olması məsələlərinə aydınlıq qətirib.

 

 

 

Keçidlər