Suraxanıda Gənclər günü təntənəli qeyd edildi
2 fevral - Gənclər günü” münasibətilə Suraxanıda keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB yanında Şuranın üzvləri, müəssisə rəhbərləri, gənclər, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak edib.
Ulu Öndərin Suraxani Rayonu Heydər Əliyev parkında ucalan abidəsi ziyarət edildikdən sonra gənclərlə görüş “Bülbülə” şadlıq evində davam etdirilib. Gəncləri təbrik edən Əziz Əzizov qeyd edib ki, bu gün ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında çox düşünülmüş və məqsədyönlü gənclər siyasəti aparılır. Bu siyasətin təməlində Ulu Öndər Heydər Əliyevin tövsiyələri dayanır. Görülən işlərin nəticəsidir ki, bu gün gənclərimiz böyük nailiyyətlərə imza atır, cəmiyyətdə mühüm rol oynayırlar.
Təhsil sahəsində gənclərimiz uğurlar qazanırlar. Bu nailiyyətlərin təməlində isə, heç şübhəsiz, təhsilə göstərilən dövlət qayğısı dayanır. Bu işdə böyük fədakarlıq göstərən Arzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyəti gənclərimizə bir örnəkdir.
Sonra isə Əziz Əzizov bir qrup gənci rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif etdi, rayon İcra Hakimiyyətində könüllü kimi fəaləyyət göstərmiş gənclərə Şəhadətnamə təqdim olundu.
Görüşdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi cənab Raqif Abbasov, YAP Suraxanı rayon Təşkilatının sədri Vüqar Seyidov, rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, rayon Gənclər evinin direktoru Natavan Rüstəmova, rayon gənclərindən Fərəh Məcidzadə, Elnur Əliyev, Arzu Məmmədli çıxış edib. Bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri, YAP Suraxanı rayon Təşkilatının fəxri-fərmanı təqdim olunub.