Əziz Əzizov Bülbülə sakinləri ilə görüşdü
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə növbəti görüşünü Bülbülə qəsəbəsində keçirib. 150 nəfərə yaxın sakin və ictimaiyyət nümayəndəsinin iştirakı ilə 208 nömrəli tam orta məktəbin akt zalında keçirilən səyyar görüş-qəbulda Əziz Əzizov sakinlərə əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verərək bildirib ki, əhaliyə göstərilən sosial xidmətlər daim təkmilləşdirilir. Həyata keçirilən sosial siyasətin əsas məqsədi ehtiyacı olan hər bir Azərbaycan vətəndaşına qayğı göstərməkdir.
Rayon rəhbəri sakinlərə məlumat verib ki, Suraxanı rayonunda da genişmiqyaslı abadlıq işləri aparılır, rayonun yolları yüksək sürətlə abadlaşır. Mərhələli şəkildə bütün qəsəbələrdə məhəllədaxili yollar asfaltlanaraq abadlaşacaq. Rayonda, eyni zamanda hündürmərtəbəli binaların fasadları yenilənir, dam örtükləri dəyişdirilir, liftləri təzələnir.
Çıxış edən sakinlər rayonda həyata keçirilən abadlıq işlərinə görə cənab İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək onları maraqlandıran suallarla Əziz Əzizova müraciətlər ediblər.
Rayon rəhbəri qəsəbə sakinlərini narahat edən məhəllədaxili yolların asfaltlanması, bəzi yerlərdə yeni kanalizasiya şəbəkəsinin qurulması ilə bağlı məsələlərə aydınlıq qətirib, səyyar görüş-qəbuldan sonra bir qrup vətəndaşın qaldırdığı problemlə yerində tanış oldu.