Suraxanının yolları yüksək sürətlə abadlaşır
Prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramlarına uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Suraxanı rayonunda da genişmiqyaslı abadlıq işləri aparılır, rayonun yolları yüksək sürətlə abadlaşır.
Əmircan qəsəbəsində təxminən 3 kilometr uzunluğunda olan Balandin, Park, Elxan Həsənov, Malik Mustafayev, Atamoğlan Rzayev küçələri yenidən qurulur və asfaltlanır. Qəsəbənin Qulu Quliyev, Tahir Bağırov küçələri asfalt vurulmasına hazırlanır.
Rayonun Yeni Suraxanı qəsəbəsində bütün küçələrin asfaltlanması işlərinə start verilib. Qasəbədə artıq 200 min kvadrat metr asfalt işi görülüb. 14 iyul küçəsi döngə 6, 7, 8, Yuxarı Mədən küçəsi döngə 1, 2, 3, Aşağı qəsəbə küçəsi döngə 1, 2, 1-ci, 2-ci Köndələn küçələri, çoxasaylı keçidlər, dalanlar asfaltlanıb. Ümumilikdə, Yeni Suraxanı qəsəbəsində 300 min kvadrat metr asfalt işinin görülməsi nəzərdə tutulub.
Qaraçuxur qəsəbəsində Şərq yaşayış sahəsində 12-ci döngə asfaltlanıb,Yeni Günəşli massivində məhəllədaxili yollar asfaltlanır, Hövsan qəsəbəsi Zeytun sovxozunda İbiş Məmmədov küçəsi asfaltlanıb, Südçülük sovxozunda 3 kilometr uzunluğunda mərkəzi yol, Oqtay Şabanov küçəsi asfalt vurulmasına hazırlanır.
Rayon sakinləri aparılan abadlıq işlərinə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildirirlər.