Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz Əzizov Əmircan sakinləri ilə görüşdü

23 yanvar 2020 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə növbəti görüşünü Əmircan qəsəbəsində keçirtdi. 84 nömrəli məktəbin akt zalında keçirilən səyyar görüş-qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, RİHB-nin Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Əmircan bələdiyyəsinin sədri, 150 nəfərdən çox sakin və ictimaiyyət nümayəndəsi iştirak edirdi.
Əziz Əzizov səyyar görüş-qəbulda sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verərək dövlət başçısının bu istiqamətdə həyata keçirtdiyi tədbirlərin davam etdirildiyini bildirdi.
Rayon rəhbəri sakinlərin diqqətinə çatdırdı ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramlarına uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Suraxanı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri gedir. Yeni Suraxanı qəsəbəsində bütün küçələr asfaltlanır, ehtiyac olan yerlərdə yeni kanalizasiya və su şəbəkələri qurulur. Əmircan qəsəbəsində təxminən 3 kilometr uzunluğunda olan Balandin, Park, Elxan Həsənov, Malik Mustafayev və Atamoğlan Rzayev küçələri yenidən qurulur. Qulu Quliyev və Tahir Bağırov küçələri asfalt vurulmasına hazırlanır. Qaraçuxur və Hövsan qəsəbələrində çoxmərtəbəli yaşayış binalarının fasadları rənglənir, dam örtükləri dəyişdirilir, liftləri yenilənir, abad həyətlər salınır.
Sakinlər rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinə görə cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək onları maraqlandıran suallarla rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciət etdilər.
Rayon rəhbəri sakinləri narahat edən qəsəbədaxili küçələrə asfalt örtüyünün vurulması ilə bağlı qaldırdıqları məsələnin həlli istiqamətində aparılacaq işləri onların diqqətinə çatdırdı.

Keçidlər