Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda «20 Yanvar» faciəsi silsilə tədbirlərlə anılır

18 yanvar 2020 | 16:00

Qanlı «20 Yanvar» faciəsinin otuzuncu ildönümü ilə bağlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda silsilə tədbirlər davam edir. Növbəti belə tədbirlərdən biri rayonun səhiyyə işçilərinin iştirakı ilə 13 saylı Birləşmiş Şəhər Xəstəxanasında keçirilib.
Əvvəlcə «20 Yanvar» şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükut yad edilib.Tədbirdə çıxış edənlər bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının uzun illər mübarizə apardığı istiqlal savaşının, milli iradə və azadlığının təntənəsidir. Vurğulanıb ki, faciəyə ilk siyasi münasibəti Ümummilli Lider Heydər Əliyev bildirib. Ulu Öndər qanlı hadisənin səhəri günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda bu dəhşəti törədən şəxsləri kəskin şəkildə tənqid edib.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Nazim Fətullayev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, faciə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən ardıcıl addımlar atıldığını vurğulayıb.
Şəhidlərimizin xatirəsinin daim ehtiramla anıldığını qeyd edən Nazim Fətullayev bildirib ki, hələ uzun illər boyu bu faciə xalqımızın qan yaddaşında milli qürur və şərəf günü kimi yaşayacaq, yeni nəsli qəhrəmanlıq dastanları yazmağa ruhlandıracaq.

Keçidlər