Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır

18 yanvar 2020 | 16:00

Suraxanı rayonu ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Rayonun hər tərəfi tikinti meydançasını xatırladır. Məhəllədaxili yollar asfaltlanır, mövcud olmayan yerlərdə yeni su və kanalizasiya şəbəkələri qurulur, hündürmərtəbəli binalar təmir edilir, həyətlər abadlaşdırılır.
Abadlıq işlərinin aparıldığı yerlərdən biri də rayonun Yeni Günəşli yaşayış sahəsidir. Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ərazidə sakinlərlə görüşüb, görülmüş işlərlə yerində sakinlərlə birgə tanış olub. Sakinləri həyata keçirilən abadlıq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Hazırda 10 min nəfər sakinin yaşadığı Yeni Günəşli “V” yaşayış sahəsində 76 girişdən ibarət olan 14 binada və 4 minə nəfərə yaxın sakinin yaşadığı Samir Cəfərov küçəsində 29 girişdən ibarət olan 14 bina əsaslı təmir edilir, fasadlar rənglənir, dam örtükləri və giriş qapıları yenilənir, həyətləri abadlaşdırılır. Bəzi sakinlər tərəfindən qanunsuz olaraq zəbt olunmuş yaşıllıq zolaqları hasarlardan, kol-koslardan, qeyri-qanuni və yöndəmsiz tikililərdən təmizlənir, həmin həyətlərdən bütün sakinlərin istifadəsi üçün şərait yaradılır. Abadlaşdırılan həyətlərdə uşaqlar üçün əyləncə, idman qurğuları, böyüklər üçün günlüklər qurulur, oturacaqlar qoyulur, yaşıllıq zolaqları salınır, yaşlı insanların boş vaxtını səmərəli keçirtməsi üçün “Vütüranlar evi” və “Xeyi-şər evi” tikilir. Həyətlər müasir işıqlandırma sistemi ilə təchiz olunur. Məhəllədaxili yollar təmir edilir, sakinlərin təhlükəsiz hərəkəti üçün səkilər salınır. 
Bunların hamısı bir məqsədə xidmət edir: İnsanların rifah halının yaxşılaşdırlmasına.

Keçidlər