Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz Əzizov Yeni Günəşli “D” massivinin sakinləri ilə görüşdü

16 yanvar 2020 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə növbəti görüşünü Yeni Günəşli “D” massivində keçirib. 200 nəfərə yaxın sakin və ictimaiyyət nümayəndəsinin iştirakı ilə 282 nömrəli məktəbin akt zalında təşkil olunan səyyar görüş-qəbulda rayon rəhbəri sakinlərə cari ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə xidmət edən qərarlar barədə ətraflı məlumat verərək bildirib ki, Azərbaycan dövlətinin sosial sahədə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər davamlı xarakter daşıyır.
Rayon rəhbəri sakinlərin diqqətinə çatdırıb ki, rayonda genişmiqyaslı abadlıq-quruculuq işləri gedir. Küçələr asfaltlanır, yeni su və kanalizasiya şəbəkələri qurulur, çoxmərtəbəli binaların fasadları və dam örtükləri təmir edilir, liftlər təzələnir, abad həyətlər salınır. Rayonda həyata keçirilən bütün bu işlər sakinlərin rahatlığının təmin edilməsinə xidmət edir.
Sakinləri rayonda həyata keçirilən abadlıq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək onları maraqlandıran suallarla Əziz Əzizova müraciətlər ediblər.
Rayon rəhbəri səyyar görüş-qəbulda sakinləri narahat edən çoxmərtəbəli kooperativ binaların fasadlarının, dam örtüklərinin təmiri, giriş qapılarının və liftlərin yenilənməsi, məhəllədaxili yolların asfaltlanması, küçələrin işıqlandırılması məsələlərinə aydınlıq qətirib.

Keçidlər