Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda 20 Yanvar faciəsinin otuzuncu ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir

15 yanvar 2020 | 16:00

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində "20 Yanvar faciəsi Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir" mövzusunda xatirə anım mərasimləri keçirilir, məktəblilər arasında inşa yazı, şeir və rəsm müsabiqələri təşkil edilir.
Növbəti xatirə tədbiri “Suraxanı Oyl Opereyşn Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində keçirilib. Tədbirin əvvəlində bir dəqiqəlik sükutla 20 Yanvar faciəsinin şəhidləri və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsini yad edildi.
Tədbiri nümayəndəliyin icraçı direktoru Arzu Sarıbalayev giriş sözü ilə açaraq 20 Yanvar faciəsinin Azərbaycan xalqının uzun illər mübarizə apardığı istiqlal savaşının, milli iradə və azadlığının təntənəsi olduğunu bildirib. Natiq vurğulayıb ki, faciəyə ilk siyasi münasibət bildirən Ümummilli Lider Heydər Əliyev qanlı hadisənin səhəri günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu dəhşəti törədən şəxsləri kəskin şəkildə tənqid edib.
Çıxış edənlər bildiriblər ki, ölkənin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Rayonda anım tədbirləri davam edir.

Keçidlər