Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “Vətənin müdafiəsinə hazıram!” devizi altında çağırışçıların həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimi keçirilib

08 yanvar 2020 | 16:00

Suraxanıda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Suraxanı Rayon İcra Hakimiyyətinin,  Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə  “Vətənin müdafiəsinə hazıram!” devizi altında çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Suraxani Rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib, Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbir dövlət himninin səsləndiririlməsi ilə başlandı.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın azadlığı, müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qeyd etdi ki, Vətəni sevmək, onu düşməndən qorumaq, lazım gəldikdə onun üçün canını belə fəda etmək hər bir vətəndaşımızın yaşından asılı olmayaraq borcudur. Vətənini sevən hər bir Azərbaycanlı  daim onun müdafiəsinə hazır olmalıdır.
Qarabağ müharibəsində Suraxanı rayonundan torpaqlarımınızın müdafiəsi zamanı 310 nəfər şəhid, 290 nəfər müxtəlif dərəcəli əlil olmuşdur.
Müstəqil Respublikamızın suverenliyinin, ərazi bütövlüyünün qorunması hər birimizin müqəddəs borcudur.
Rayon rəhbəri vurğuladı ki, son 17 ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, müdrik rəhbərliyi altında aparılmış işlərin nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və yüksək döyüş qabiliyyətli 50 ordusu sırasına daxil olub.
Silahlı Qüvvələrimiz 2016-cı ilin aprelində son illərin ilk irimiqyaslı hərbi əməliyyatlarında yüksək taktiki və strateji hazırlıq səviyyəsi və işğal altında olan torpaqlarımızı azad etmək əzmi nümayiş etdirərək daha bir sınaqdan üzüağ çıxdı.
Bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığına malik peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş mükəmməl, vətənpərvər kadrlardan ibarətdir.
Tədbirdə çıxış edən  Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Yusif Mirzəyev qeyd etdi ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsini, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığını, həqiqi hərbi xidmətə çağırışı, səfərbərlik zamanı və müharibə dövründə dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Ötən 8 il ərzində Suraxanı Rayon İcra Hakimiyyəti ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti arasında işgüzar münasibətlər qurulub.
Çağırışçıların həqiqi hərbi xidmətə yola salınmasına və həqiqi hərbi xidmətdən tərxis olunanların qarşılanmasına həsr olunmuş birgə tədbirlərin keçirilməsi ənənə şəklini alıb.
Tədbirdə Əfqanıstan Azərbaycan Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov, Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, valideyn Zakir Kazımov, çağırışçı Rüfət Kazımov çıxış etdi.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hazırladığı video çarx nümayiş olundu, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının orkestrinin və bədii kollektivinin, vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlının və rayonun 118 nömrəli tam orta məktəbinin şagirdlərinin hazırladığı bədii hissə təqdim olundu.
Sonda səhnəyə Azərbaycan Respublikasının dövlət bayrağı gətirildi və həqiqi hərbi xidmətə yola düşən çağırışçılar  bayrağı öpərək təntənəli marşın sədaları altında onlar üçün ayrılmış avtobusla hərbi həssəyə yola düşdülər.

 

Keçidlər