Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Xocalı faciəsinin növbəti ildönümü geniş qeyd edilir

20 fevral 2014 | 16:00

Xocalı soyqırımının növbəti  ildönümün ilə bağlı Suraxanı rayonunda silsilə tədbirlər keçirilir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş növbəti tədbir 19 fevral 2014-cü il tarixdə rayonun 285 nömrəli tam orta məktəbində keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə məktəblilərin hazırladıqları “Xocalı faciəsi uşaqların gözü ilə” adlı rəsm sərgisi ilə tanış oldular.
Sonra məktəbin Akt zalında tədbir başladı. Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova , ictimaiyyətin nümayəndələri, rayonda məskunlaşan Xocalılar, məktəblilər, müəllimlər bir dəqiqəlik sükutla Xocalı faciəsinin qurbanlarının əziz xatirəsini yad etdilər. 285 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyaya baxdılar.
Sonra tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova qeyd etdi ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsıdir. Dağlıq Qarabağdan 50 min azərbaycanlı soyqırımı və təcavüzə məruz qalmış, didərgin salınmış, eləcə də 250 min azərbaycanlı tarixən yaşadığı torpaqlardan zorakılıqla deportasiya edilmişdir.
Sevinc Hüseynova eyni zamanda qeyd etmişdir ki, Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır.
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, bunun üçün müxtəlif tədbirlərin keçirilməsi Heydər Əliyev Fondunun fəaliyyətində əsas yerlərdən birini tutan ümumi məqsəddir.   
Tədbirdə çıxış edənlər erməni şovinist-miilətçiləri tərəfindən Xocalılara qarşı həyata keçirilən soyqırımı haqqında danışdılar.

Keçidlər