Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Suraxanı qəsəbəsində yeni dünyaya gəlmiş dördəmlərə dövlət qayğısı

19 dekabr 2019 | 16:00

Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 60 ünvanda yaşayan Qadadovlar ailəsində yeni doğulmuş dördəmlərin (3 qız, 1 oğlan) sağlamlığı və şəraitinin yaxşılaşdırılması nəzarətə götürüldü.
Rayon İcra Hakimiyyətinin nümayəndələri Qadadovlar ailəsinin evində olaraq, dördəmlərin vəziyyəti ilə yaxından tanış olmuş, ailəyə iki ədəd, hər biri iki uşaq üçün nəzərdə tutulmuş uşaq arabası hədiyyə etmiş, eyni zamanda, 1000 manat məbləğində maddi yardım göstərilmişdir.
Dördəmlərin sağlamlığının daimi nəzarətdə saxlanılması üçün 8 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının sahə həkimi gündəlik baxış keçirir və xəstəxananın 2 tibb bacısı növbə ilə uşaqlara qulluq edir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən dördəmlərin hər birinə ayda 55 manat olmaqla, ümumilikdə 220 manat müavinət, ailəyə isə ayda 334 manat ünvanlı dövlət sosial yardım təyin edilmişdir.

Keçidlər