Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “Azərbaycanı davamlı tərəqqi və yüksəliş yoluna çıxaran Ümummilli Lider” adlı Anım tədbiri keçirildi

11 dekabr 2019 | 16:00

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində  Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı Rayon İcra Hakimiyyətinin YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin Akt zalında “Azərbaycanı davamlı tərəqqi və yüksəliş yoluna çıxaran Ümummilli Lider” adlı Anım tədbiri keçirilmişdir.
Dövlət himni səsləndirildikdən sonra bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edildi.
Mərasim iştirakçıları “Xatirələr” filmini seyr etdilər.
Anım mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qeyd etdi ki, bu gün, bu zalda öz həyatını bütövlüklə xalqına, Vətəninə həsr edən Ulu  Öndər bir daha anılır, əziz xatirəsi yad edilir. Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından 16 il keçir. Ötən illər bir daha göstərdi ki, zaman keçib nəsillər dəyişsə də, Ümummilli Lider xalqın yaddaşından silinmir, bu gün də insanların qəlbində ən yüksək ehtiramla yad edilir. Çünki Heydər Əliyev şəxsiyyəti bütün dövrlər və nəsillər üçün əbədilik statusu qazanıb, adı Azərbaycan tarixinə əbədi həkk olunub.
Böyük Azərbaycanlı Heydər Əliyev yüksək zirvə, müqəddəs amal, tükənməz həyat mənbəyidir.
Heydər Əliyevin uzaqgörən siyasətçi, dahi şəxsiyyət olduğunu bir daha göstərən əsas amillərdən biri daim Azərbaycanın gələcəyini düşünməsi, onun siyasətini davam etdirəcək, arzularını, ideallarını gerçəkləşdirəcək möhtərəm İlham Əliyev kimi müdrik bir siyasətçini yetişdirməsi, ona etimad göstərməsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu gün öz genişmiqyaslı və yorulmaz fəaliyyəti ilə Ümummilli Liderin etimadını, xalqın etibarını şərəflə doğrultduğunu sübut edir. Azərbaycanda güclü xalq-iqtidar birliyi mövcuddur. Ölkəmiz iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə böyük uğurlara imza atır.
Azərbaycanın bu gün əldə etdiyi möhtəşəm uğurların fonunda müstəqilliyimizin möhkəm təməl üzərində olması daha aydın görünür. Bu qüdrətin göstəriciləri BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi, beynəlxalq enerji təhlükəsizliyi və digər qlobal məsələlərdə öz sözünü deməsi, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün 2019-cu ildə Bakı şəhərində keçirilməsi, 2019-2022-ci illərdə Hərəkata sədrliyin Azərbaycana keçməsidir.
Rayon rəhbəri xüsusi vurğulamışdır ki, bütün bu uğurların qazanılmasında, Ulu Öndərin ideyalarının ölkəmizdə gerçəkləşməsində möhtərəm Prezidentimiz cənab  İlham Əliyevlə birgə fəal iştirak edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Ulu Öndərin zəngin dövlətçilik irsinin təbliğində, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə gedən inkişafın dünyaya təqdim olunmasında müstəsna xidmətlər göstərir. Azərbaycanda və dünyada humanitar, həmçinin sosial problemlərin həlli, yoxsul və ehtiyacı olan insanlara maddi və mənəvi dəstək, səhiyyə, təhsil, mədəniyyət sahələri üzrə irimiqyaslı layihələri reallaşdırır, qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin həllinə daim diqqətlə yanaşır.
Əziz Əzizov qeyd etmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasətin əsas hədəfləri xalqımızın azad, təhlükəsiz və firavan yaşaması, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq normaları əsasında həll olunması, qaçqın və məcburi köçkün soydaşlarımızın ata-baba yurdlarına qayıtmasıdır. Ulu Öndərin müstəqillik və milli dövlətçilik ideyalarını dünyada gedən proseslərə, ölkənin reallıqlarına uyğun şəkildə yaradıcılıqla inkişaf etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanı qətiyyətlə böyük sabahlara doğru aparır.
Rayon rəhbəri çıxışının sonunda xüsusi qeyd etmişdir ki, Suraxanılılar Heydər Əliyev siyasi məktəbinin yetirməsi və onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi xəttini qəlbən müdafiə edir və bu siyasətin xalqımızı firavan gələcəyə aparacığına tam əminliklə inanırlar.

Keçidlər