Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Ulu Öndərin xatirəsi böyük ehtiramla anıldı

11 dekabr 2019 | 16:00

11 dekabr 2019-cu il tarixdə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı Rayon İcra Hakimiyyətinin YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
Əvvəlcə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayondan Milli Məclisə seçilmiş deputatlar Ağacan Abıyev, Sevinc Fətəliyeva, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, 4 minə yaxın rayon ziyalısı və ictimaiyyətin nümayəndələri Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət etdilər və abidənin önünə tər güllər qoydular.

Keçidlər