Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində açıq dərs keçirilmişdir

01 fevral 2014 | 16:00

31 yanvar 2014-cü il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Elektron lektoriya zalında “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda açıq dərs keçirilmişdir.
Açıq dərsdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİHBA-nın məsul işçiləri və məktəb direktorları iştirak etmişdirlər.
Məlumat üçün bildirək ki, “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda açıq dərslər Suraxanı rayonu Heydər Əliyev Mərkəzində ayda bir dəfə keçirilməklə  2013-2014-cü tədris ilinin sonuna qədər davam etdiriləcək və rayonun bütün məktəblərini əhatə edəcəkdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Suraxanı rayonunda 2014-cü il may ayında doğum günü münasibəti ilə keçirilən tədbirlərdə keçirilən açıq dərslərə yekun vurulacaq və ən yaxşı dərs deyən müəllimlər, ən fəal şagirdlər mükafatlandırılacaqlar.
Rayonun 7 məktəbindən 100 şagirdin iştirak etdiyi açıq dərs dövlət himninin oxunması ilə başladı. Açıq dərsin mövzusunu elan edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin Xətai bölməsi üzrə metodmərkəzin metodisti, 208 nömrəli tam orta məktəbin müəllimi Xatirə Cananova qeyd etdi ki,  Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev özünü Azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb.
Hər bir Heydərsevər qürur duyur ki, bu dahi insanın – Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib.
Ümummilli Lider Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görüb.
Açıq dərsdə 97 nömrəli tam orta  məktəbin müəllimi Aytəkin Musayeva Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında şagirdlərə məlumat verdi. Sonra 315 nömrəli tam orta  məktəbin müəllimi Ayaz Hüzeynov  Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtması barədə danışdı. 85 nömrəli tam orta  məktəbin müəllimi Cəmilə Allahverdiyeva “Heydər Əliyev Azərbaycanı dünyaya tanıtdı” mövzusunda, 65 nömrəli tam orta  məktəbin müəllimi Vüqar Ağayev “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda, 114 nömrəli tam orta  məktəbin müəllimi Fatimə Zülfüqarova “Heydər Əliyev Azərbaycan xalqının sülhsevər, vətənpərvər oğlu idi” mövzusunda, 87 nömrəli tam orta  məktəbin müəllimi Sevil Məmmədsalahova “Heydər Əliyev və Azərbaycanın neft strategiyası” mözusunda, 226 nömrəli tam orta  məktəbin müəllimi Təranə Cəbiyeva “Heydər Əliyev hakimiyyəti illərində Azərbaycan mədəniyyəti” mövzusunda şagirdlərə açıq dərslər verdilər.
Açıq dərsi yekunlaşdıran Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov xüsusi vurğuladı ki, Heydər Əliyev ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu. Bütün bunlar məhz Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ümummilli Liderin şah əsəri olan Müstəqil Azərbaycan Respublikası etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - qiymətini alan möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həllini gözləyən istənilən dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar  hazırlanır və onlar uğurla icra edilir. Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 10 il ərzində özünün milli dövlət quruculuğu  və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. 
Açıq dərsdəki bütün mövzular xüsusi hazırlanmış foto, video materiallarla şagirdlərin diqqətinə çatdırılmışdır. Mövzular arasında həmin məktəblərin şagirdləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında hazırladıqları şeirləri söyləmiş və mahnılar oxumuşlar.

Keçidlər