Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Nəsiminin yubileyi münasibəti ilə 10 mindən çox ağac əkildi

06 dekabr 2019 | 16:00

2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamlar imzalamışdır.
17 oktyabr 2019-cu il tarixdə Parisdə UNESKO-nun baş qərargahında Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilmişdir
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 6 dekabr 2019-cu il tarixdə ölkəmizdə bir gündə 650 min ağac əkilmişdir.
Ölkəmizin hər yerində olduğu kimi Suraxanı rayonunda da 6 dekabr 2019-cu il tarixdə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əmircan - Qaraçuxur yolunun ətrafında və digər yerlərdə kütləvi ağacəkmə aksiyası keçirilmişdir.
Ağacəkmə aksiyasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Tağı Tağıyev, rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,  rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, təhsil, səhiyyə, sənaye, mədəniyyət müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri və sakinlər iştirak etmişdir. 
4300 nəfərin iştirak etdiyi kütləvi ağacəkmə aksiyasında 10100 ədəd şam və meyvə ağacları əkilmişdir.

 

 

Keçidlər