Əziz Əzizov sakinlərlə növbəti görüşünü Əmircan qəsəbəsində keçirtdi
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə növbəti görüşünü Əmircan qəsəbəsində keçirtdi. 114 nömrəli tam orta məktəbin akt zalında keçirilən səyyar görüş-qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, RİHB-nin Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Əmircan bələdiyyəsinin, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, 200 nəfərə yaxın sakin və ictimaiyyət nümayəndəsi iştirak edirdi.
Səyyar qəbul-görüşdə sakinlərə cari ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verən rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, keçirilən belə görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onları operativ həll etməkdir.
Rayon rəhbəri bildirmişdir ki, Suraxanı rayonun Yeni Suraxanı qəsəbəsində misli görünməmiş bir asfaltlama layihəsinə - bütün küçələrin asfaltlanması işlərinə start verilmişdir. Bu işin həyata keçirilməsinə “Azəravtoyol” ASC-nin 10-dan çox yol tikinti idarəsi cəlb olunmuşdur. Mərhələli şəkildə bütün qəsəbələrdə məhəllədaxili yollar asfaltlanaraq abadlaşacaq. Rayonda, eyni zamanda binaların fasadları yenilənir, dam örtükləri dəyişdirilir, çoxmərtəbəli binaların liftləri təzələnir, ağaclar budanır, qurumuş budaqlar kəsilir. Bütün bu işlər sakinlərin rahatlığının təmin edilməsi üçündür.
Çıxış edən sakinlər Suraxanı rayonunda, o cümlədən Əmircan qəsəbəsində həyata keçirilən abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək onları maraqlandıran suallarla Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciətlər etdilər.
Rayon rəhbəri səyyar görüş-qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq qətirdi, müxtəlif sahələrlə bağlı qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verdi və onların həlli nəzarətə götürüldü.
Səyyar görüş-qəbuldan sonra Əziz Əzizov müraciət edən bir qrup vətəndaşın problemləri ilə yerində tanış oldu.