Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda Beynəlxalq əlillər günü qeyd olundu

03 dekabr 2019 | 16:00

3 dekabr - Beynəlxalq əlillər günü münasibəti ilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əmək, müharibə əlilləri,  Çernobıl qəzasının iştirakçıları və müxtəlif səbəblərdən əlil olmuş 200 nəfər  rayon sakininin iştirakı ilə “Aura” şadlıq evində görüş olmuşdur. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB yanında Şuranın üzvləri, RİHBA-nın məsul işçiləri, rayonun idarə, müəssisə və ictimai təşkilat rəhbərləri, müxtəlif kateqoriyadan olan bir qrup əlil iştirak etmişdir.
Tədbirin əvvəlində xüsusi istedadı və qabiliyyəti ilə seçilən əlillərin əl işlərindən təşkil olunmuş sərgiyə baxış oldu.
Görüşdə çıxış edən rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov bildirdi ki, Azərbaycanda müharibə əlillərinə, şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişi zamanı imzalanan ilk fərmanlarından biri “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman olmuşdur. Bu Fərmanla müharibə iştirakçılarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsinə start verilmişdir.
Hazırda Suraxanı rayonunda 10491 nəfər əlil yaşayır. Onlardan, ümumi səbəbdən əlil olan 8414 nəfər, Azərbaycan Respublikasının müdafiəsi zamanı əlil olan 1782 nəfər, hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olan 107 nəfər, Böyük Vətən Müharibəsi əlili 12 nəfər, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olan 152 nəfər, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olan 24 nəfərdir. Rayonda 18 yaşına çatmayan əlillərin sayı 906 nəfərdir. Onların hamısına dövlət tərəfindən pensiya və müavinət verilir.
Əziz Əzizov vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev bu kateqoriyadan olan insanların problemlərinin həlli, onların həyat şəraitinin yaxşılaşdırılması, bu insanların özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etmələri üçün bütün zəruri tədbirləri həyata kecirir. “Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək” deyən dövlət başçısının bu sözləri əlilliyi olan şəxslərin sosial müdafiəsinin daim gücləndirilməsində öz əməli təsdiqini tapır.
Dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi, onların müalicəsi, reabilitasiyası, sosial təminatı istiqamətində mühüm addımlar atılır. Əlillər dövlətin hərtərfli qayğısı ilə əhatə olunmuşdur. Suraxanı rayonunda da əlillərin qarşılaşdıqları məişət problemlərinin həlli və maddi-rifah hallarının yaxşılaşdırılması yönündə mütəmadi olaraq zəruri tədbirlər həyata kecirilir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond tərəfindən həyata keçirilən sosial layihələr sayəsində əlillərin sosial müdafiəsi ilə bağlı mühüm irəliləyişlər əldə edilmişdir. Fondun əlilliyi olan şəxslərlə bağlı fəaliyyətinin əsas istiqamətləri onların müalicəsi və təhsil hüquqlarının reallaşdırılmasıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü, diqqət və qayğısı sayəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Suraxanı rayonu da bu qayğıdan kənarda qalmayıb. Heydər Əliyev Fondu tərəfindən Suraxanı rayonunda Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzi inşa edərək ən müasir avadanlıqlarla təchiz edmişdir. Bu gün Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar uğurla reabilitasiya kursu keçirlər.
Tədbirdə çıxış edən “Rayon əlillər cəmiyyəti”nin sədri Tahir Dəmirçiyev, “Çernobıl əlilləri” İttifaqının Suraxanı rayon filialının sədri Akif Bayramov, 2016-cı il aprel döyüşünün iştirakçısı Elşən Qarayev, “Əlil Qadınlar” cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri Rəsmiyyə Səfərova, “20 Yanvar” cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri Bəxtiyar Ağayev əlillərə göstərilən diqqətə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər