“2 fevral-Gənclər günü” Suraxanı rayonunda qeyd edilmişdir
Görüş iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Ündərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.
Sonra gənclərlə görüş Qurban Abbasov adına mədəniyyət sarayında davam etdirilmişdir. Gənclərlə görüşdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov iştirak etmişlər.
Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov rayon gənclərinin ötən il əldə etdikləri uğurlar haqqında məlumat vermişdir.
Canlı diskusiya formasında təşkil olunmuş görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov gəncləri 2 fevral-Gənclər günü münasibəti ilə təbrik edərək qeyd etmişdir ki, bu gün ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında çox düşünülmüş və məqsədyönlü gənclər siyasəti uğurla aparılır. Bu siyasətin təməlində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin tövsiyələri dayanır. 1993-cü ildən başlayaraq bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox vacib addımlar atılmışdır. Görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri çox böyük işlərə imza atırlar, cəmiyyətdə çox mühüm rol oynayırlar. Gənclərin fəallığı, onların bilikləri bu gün Müstəqil Azərbaycan Respublikasını gücləndirir. Gənclərimizin sorağı Beynəlxalq konfranslardan , dövlət və hökümət qurumlarından , ölkələrarası debatlardan, intellektual bilik yaraşlarından gəlir.
Gənclərlə bağlı müxtəlif layihələr, proqramlar icra edilir. “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı” qəbul edilmişdir. Gənclərin təklifini nəzərə alan möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan Gənclər Fondunun yaradılması ilə bağlı sərəncam vermişdir. Fondun əsas vəsaiti Prezidentin Ehtiyat Fondundan təmin edilir. Bu da gənclər siyasətinə olan münasibətin təzahürüdür.
Rayon rəhbəri xüsusi vurğulamışdır ki, Azərbaycan gəncləri cəmiyyətin fəal üzvləridir və cəmiyyətdə çox müsbət rol oynayırlar. Mən əminəm ki, Azərbaycan gəncliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında sabaha – yeni uğurlara nail olmağa hazırdır.
Tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov qeyd etmişdir ki, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.
Tədbirdə xüsusi vurğulanmışdır ki, bu yüksək münasibətə cavab olaraq Azərbaycan gəncləri bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.
Görüşdə rayonun ictimai həyatında fəal iştirak etmiş bir qrup rayon gəncinə Rayon İcra Hakimiyyəti başçısının, YAP Suraxanı rayon təşkilatının Fəxri Fərmanı və hədiyyəsi təqdim olunmuş, YAP sıralarına yeni daxil olmuş bir qrup gəncə partiya vəsiqələri verilmişdir.
Sonda Səttar Bəhlulzadə və Qurban Abbasov adına mədəniyyət saraylarının bədii kollektivlərii konsert proqramı ilə çıxış etmişdir.