Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Suraxanının küçələri başdanbaşa asfaltlanır

30 noyabr 2019 | 16:00

Suraxanı rayonun Yeni Suraxanı qəsəbəsində misli görünməmiş bir asfaltlama layihəsinə - bütün küçələrin asfaltlanması işlərinə start verilmişdir. Bu işin həyata keçirilməsinə “Azəravtoyol” ASC-nin 10-dan çox yol tikinti idarəsi cəlb olunmuşdur. Xeyirli, uğurlu olsun.
Qeyd etmək lazımdır ki, heç vaxt Yeni Suraxanı qəsəbəsində bu cür genişmiqyaslı asfaltlama işləri aparılmamışdır. Hazırda ilkin olaraq texnika vasitəsi ilə xüsusi materialla yol əsasının hazırlanması işləri həyata keçirilir.
Qəsəbə sakinləri uzun illər həsrətində qaldıqları, həmişə arzuladıqları bu asfaltlama işlərinə başlanıldığına görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildirirlər.
İlkin olaraq 14 iyul küçəsi döngə 1, 5,  6, 7, 8, 1-ci Köndələn 1a, Yuxarı Mədən küçəsində işlərə başlanılmışdır.
Qəsəbənin bütün məhəllədaxili yolları asfaltlanaraq abadlaşacaq.

 

Keçidlər