Nəsiminin yubileyi Suraxanıda silsilə tədbirlərlə qeyd olunur
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun təhsil, mədəniyyət, səhiyyə, sənaye müəssisələrində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir, məktəblilər arasında şeir, rəsm, inşa-yazı müsabiqələri təşkil olunur.
Növbəti belə tədbir Suraxanı Rayon İcra Hakimiyyətinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilmişdir. Məktəbin akt zalında keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlamışdır.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirmişdir ki, şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığının ölkəmizdə sistemli tədqiqi və təbliği Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər həmişə ədəbiyyata xalqın milli-tarixi varlığının, mənəviyyatının üzvi tərkib hissəsi kimi baxmış, mənsub olduğu xalqı ədəbiyyatı ilə bir yerdə bütöv bir tamın ayrılmaz hissəsi kimi dəyərləndirmişdir. Azərbaycanda görkəm¬li şəxsiyyətlərin yubileylərinin keçirilməsi ənənəsi də məhz Ulu Öndərin adı ilə bağlıdır.
Rayon rəhbəri qeyd etmişdir ki, “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında möhtərəm Prezidentimiz cənab İlham Əliyev sərəncamlar imzalamışdır. Bu gün möhtərəm Prezidentimiz tərəfindən Ümummilli Liderimiz Heydər Əliyevin mədəniyyət siyasəti uğurla davam etdirilir. Yeni mədəniyyət müəssisələri, konsert salonları inşa olunur, teatrlarımız, muzeylərimiz, kitabxanalarımız təmir olunur, sənət adamlarına böyük qayğı göstərilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıqlarına əsasən tarix və mədəniyyət abidələrinə dövlət səviyyəsində diqqət və qayğı göstərilir, Azərbaycanın görkəm¬li şəxsiyyətlərinin yubileyləri keçirilir.
Əziz Əzizov xüsusi vurğulamışdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Azərbaycan mədəniyyətinin dünyada tanınması, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində həyata keçirilən möhtəşəm layihələr bunun ən yaxşı göstəricisidir.
Tədbirdə çıxış edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları filologiya üzrə fəlsəfə doktorları Xədicə Heydərova, Adilə Nəzərova, Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbin direktoru Səidə Məmmədova qeyd etmişlər ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.
Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva iştirak etmişdir.
Sonda məktəblilərin hazırladıqları bədii hissə təqdim olundu.