Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz Əzizov Yeni Suraxanı sakinləri ilə görüşdü

28 noyabr 2019 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun Yeni Suraxanı qəsəbəsində 28 noyabr 2019-cu il tarixdə 85 nömrəli tam orta məktəbin akt zalında sakinlərlə növbəti səyyar görüş-qəbulu olmuşdur. Görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, 150 nəfərdən çox sakin və ictimaiyyət nümayəndəsi iştirak edirdi.
Əziz Əzizov səyyar görüş-qəbulda sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verərək bildirdi ki, Azərbaycan dövlətinin sosial sahədə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər davam edir. Minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılmış, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları artırılmışdır. Artımlar ümumilikdə 20-50 faiz təşkil edir. Həyata keçirilən tədbirlər 1 milyon 350 min nəfər vətəndaşın əməkhaqqının artımına səbəb olmuşdur. Bu da ölkə üzrə muzdla işləyənlərin 80 faizini təşkil edir. Bu insanlardan 1 milyonu dövlət, qalanları özəl sektorda işləyənlərdir. 750 min nəfərin pensiyasında artım baş vermişdir. Bu isə ölkədə ümumi pensiyaçıların təqribən 60 faizini təşkil edir. Digər pensiyaçılara gəldikdə isə, 2020-ci ilin yanvarından bütün pensiyalar artirilacaq. Tələbələrin təqaüdləri 50 faiz, köçkünlərə verilən təqaüd 50 faiz artırılıb. Sosial islahatlar uğurla davam edir. Ölkəmizin iqtisadiyyatı inkişaf edir. Manatın məzənnəsi sabitdir, valyuta ehtiyatlarımız artır. Azərbaycan 20 ən islahatçı ölkə sırasındadır.
Rayon rəhbəri, eyni zamanda bildirmişdir ki, rayonda binaların fasadları yenilənir, dam örtükləri dəyişdirilir, çoxmərtəbəli binaların liftləri təzələnir, yollarda təmir-bərpa işləri aparılır, bu günlərdə isə Yeni Suraxanı qəsəbəsində küçələrin asfaltlanması işləriinə başlanılacaq. Bütün bu işlər sakinlərin rahatlığının təmin edilməsi üçündür.
Sakinlər Suraxanı rayonunda, o cümlədən Yeni Suraxanı qəsəbəsində həyata keçirilən abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək onları maraqlandıran suallarla Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciətlər etdilər.
Rayon rəhbəri səyyar görüş-qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq qətirdi, müxtəlif sahələrlə bağlı qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verdi və onların həlli nəzarətə götürüldü.
Səyyar görüş-qəbuldan sonra Əziz Əzizov müraciət edən bir qrup məcburi köçkünün məskunlaşdıqları yerlərə baxış keçirtdi, digər vətəndaşların problemləri ilə yerində tanış oldu.

Keçidlər