Suraxanıda ağacların budanmasına, qurumuş ağacların kəsilməsinə başlanıldı
21 noyabr 2019 | 16:00
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qəbulu zamanı sakinlər tərəfindən qaldırılan problemlərdən biri də ərazilərdə onların həyatı üçün təhlükə yaradan, qəzalı vəziyyətdə olan və hər an aşaraq evlərinə ziyan vura biləcək qurumuş ağacların götürülməsi, ağacların budanması ilə bağlı məsələ idi.
Sakinləri narahat edən bu məsələnin müsbət həllini təmin etmək məqsədi ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun göstərişinə əsasən rayonda ağacların budanmasına, qurumuş budaqların kəsilməsinə başlanılmışdır.